Şənbə , Sentyabr 25 2021
Ana səhifə / Siyasət / “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur” – Qırmızı Bazar ermənisi

“Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur” – Qırmızı Bazar ermənisi

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə yollar çəkir, yenidənqurma işləri aparır. Ermənistanda bununla bağlı böyük narahatlıq var.

Buna əmin olmaq üçün ölkə mətbuatına göz atmaq kifayətdir. Ermənistan portalları yaxınlıqda yaşayan yerli adamları danışdırır, onlardan şikayət ifadələri almağa çalışır. Nadir hallarda sadə insanlar azərbaycanlıların əleyhinə ifadə işlədir. Əsasən icma rəhbərləri bizi tənqid edir.

Bizimyol.info xəbər verir ki, bu dəfə Qırmızı bazardan və Şuşakənddən reportajlar təqdim olunub. Ermənistan mətbuatı azərbaycanlıların Şuşa tərəfdə hərəkətinin intensivləşməsini yaxın ərazilərdə yaşayan sakinlərə narahatlıq verilməsi kimi göstərmək istəyib. Yazılıb ki, son günlər Hadrutdan Şuşaya, Suqovuşandan Kəlbəcərə çoxlu avtomobillər gedir.

Qırmızı bazar icmasını rəhbəri kimi təqdim olunan Narek Atayan jurnalistlərə deyib ki, azərbaycanlıların buralarda sərbəst hərəkət etməsinə dözə bilmirlər: “İnsanlar bununla çətinliklə barışır. Gözləyirlər ki, azərbaycanlılar 4 ay ərzində yolu çəkib, daha burada görünməyəcəklər”.

Atayan azərbaycanlıların davranışını bəyənmədiklərini deyib. Onun iddiasına görə, bizimkilər onların sürücüləri ilə yaxşı davranmır. Amma Atayan indiyə qədər hər hansı qalmaqalın yaşanmadığını da etiraf edir.

Icma rəhbəri kimi təqdim olunan şəxs sülhməramlılardan razılıq edib. Buna baxmayaraq, azərbaycanlıların avtomobil karvanları qıcıq oyadır. Şuşakəndin icma rəhbəri olduğu yazılan Erik Abramyam jurnalistlərə deyib ki, bəzən 60 maşın ardıcıl keçir: “Özü də düz məktəbin və uşaq bağçasının yanından. Əvvəllər yalnız çərşənbə axşamı və cümə axşamı avtomobil çox olurdu. Indi bura şənbə də əlavə olunub. Ümumiyyətlə, bir həftədir hər gün bu yoldan keçirlər”.

Abramyan bildirib ki, azərbaycanlılar kənddən keçərək Şuşaya gedirlər. Avtomobillər, adətən, boş qayıdır. Onun dediyinə görə, bizimkilər Şuşaya daha çox tikinti materialları aparır.

“Heç kimlə hesablaşmırlar. Bilsək, nə vaxt keçəcəklər, heç olmasa, uşaqları küçəyə buraxmarıq”.

Abramyan bizim hərbçilərin qürurlu və ötkəm davranışından narazılıq edib. Amma azərbaycanlı sürücülərin özünü aparmasını normal adlandırıb: “Çoxu yaşlı adamlardır. Təmkinli davranırlar”.

Həmçinin oxuyun

Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini ilə görüşdü

“İran İslam Respublikası xarici işlər nazirinin ikitərəfli və regional məsələlər üzrə müavini Dr. Seyid Səccadpurla …