Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Azərbaycanlıları təhqir edən vəhabi şeyxi: “Qadının Quran oxuması haramdı”- VİDEO

Azərbaycanlıları təhqir edən vəhabi şeyxi: “Qadının Quran oxuması haramdı”- VİDEO

Bir müddət öncə “Youtube” kanalında paylaşdığı videoda Azərbaycanlıları din düşməni elan  edən Suudi Abdullah Yolcu adlı sələfi şeyxi indi də qadınların Quran oxumasının haram olduğunu deyib.
Moderator.az xəbər verir ki, musiqinin, fit çalmağın, alqış səsinin haram olmasını iddia edən vəhhabi müfti yeni videosunda qadının səsinin də haram olduğunu deyib:
“Musiqi heç bir şəkildə caiz deyil. Dərsin arasında da versən caiz deyil, xəbərdə də versən. Onun üçün musiqinin təməlli şəkildə evdən çıxması lazımdır. Musiqinin səsi hökmən deyil ki, bir alətdən çıxsın, nəticə önəmlidir. Əgər musiqi də eyni şeylə ortaqdırsa, təbii ki, musiqinin haramlığına girər.
Qadının səsini heç bir şəkildə dinləmək caiz deyil, haramdır. Quranda da qeyd edilib ki, qadın Quran oxuya bilməz. Yəni kişilərin qadının səsini dinləməsi caiz deyil.
Fit çalmaq da musiqidir, hətta fit çalan mütəxəssislər var ki, fiti dalğalı çalarlar. Alqışı da sürəkli çalarlar və bunlar da haramdır”.
Moderator.az sözügedən videonu da təqdim edir:
 

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın