Çərşənbə , May 25 2022
Ana səhifə / Siyasət / “Azərbaycanlılara qarşı bir daha bu, olmayacaq” – Ərdoğan

“Azərbaycanlılara qarşı bir daha bu, olmayacaq” – Ərdoğan

Biz Boraltan körpüsü faciəsinin utancını bir daha yaşatmayacağıq.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə prezidenti qeyd edib ki, ölkəsi qapılarını ona ehtiyacı olanlara bağlamayacaq.

Ərdoğan Ukraynada müharibə başlayan gündən bu ölkədən Türkiyəyə qaçan insanların sayının 100 minə çatdığını bildirib.

Xatırladaq ki, 1944-cü ildə 146 azərbaycanlı SSRİ zülmündən qaçaraq qardaş Türkiyəyə sığınır. O zaman SSRİ-nin tələbi ilə geri qaytarılan azərbaycanlılar Araz çayının üzərindəki Boraltan körpüsündəcə SSRİ əsgərləri tərəfindən güllələnir.

Həmçinin oxuyun

Ədalət Vəliyev Ağasif Şakiroğlu ilə görüşdü

Mayın 25-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev …