Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Siyasət / “Azərbaycanlılar Şuşadadır və erməni döyüşçülərinin…”

“Azərbaycanlılar Şuşadadır və erməni döyüşçülərinin…”

“Tərəflərdən birinin məğlubiyyəti onsuz da aydındır. Ermənistan Dağlıq Qarabağdakı döyüşlərdə məğlub oldu. Artıq heç kimə sirr deyil ki, noyabrın 5-nə keçən gecə Azərbaycan piyada birləşmələri əsas Laçın-Şuşa avtomobil yolunu kəsdi və bununla da strateji uğur qazandı. Beləliklə, bu hərbi əməliyyat Ermənistanın Qarabağdakı müdafiəsini ikiyə böldü”.

Bu fikirləri özünün facebook səhifəsində ukraynalı hərbi ekspert Yuri Butusov bildirib. O qeyd edib ki, hazırda Ermənistan Qarabağa yeganə çıxış kimi Vardenis-Mardakert avtomobil yoluna ümid edir.

“Azərbaycan isə hücuma davam edir”, – deyən ekspert onu da əlavə edib ki, noyabrın 4-dən 5-nə keçən gecə Azərbaycan piyada birləşmələri dağ silsiləsini aşaraq Laçın-Şuşa magistralına qədər işğalçılardan azad edib.

Ukraynalı ekspert hesab edir ki, azərbaycanlılar Şuşadadır və erməni döyüşçülərinin 3 km-lik 82 mm-lik minaatanlardan atəş açması da bunu deməyə əsas verir.

Yuri Butusov yazır ki, “Azərbaycanlılar cəsarətli infiltrasiya taktikalarından istifadə edir və bir sıra piyada birləşmələri erməni döyüş birləşmələrində boşluqlar tapırlar. Bu, qoşunların yüksək motivasiyasını göstərir”.

O hesab edir ki, “Ermənilər bəzən əks hücumlar etməyə macal tapırlar və pusqular üçün əlverişli şərtlərə malikdirlər. Amma erməni piyada dəstələri topçuları və tankları dağlara çəkə bilmirlər. Çünki azərbaycanlıların uzun məsafədən işləyən minaatan və haubitsaları var.

Vardenis-Mardakert magistral yoluna yaxın olan Murovdağ silsiləsində döyüşlərin şiddətləndiyini yazan hərbi şərhçi qeyd edir ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan qoşunlarının irəliləməsinin dərinliyi barədə obyektiv məlumatları artıq gizlətmir. “Gördüyünüz kimi, həqiqətin nümayişi Ermənistanda çaxnaşmaya səbəb olmadı. Ölkə Qarabağdakı kritik vəziyyətdən tam xəbərdardır”.

Y.Butusov vurğulayır ki, ermənilər aşkar məğlubiyyətə baxmayaraq, müxtəlif mənbələrdən qüvvələr əldə edə bilir.

Eyni zamanda, Azərbaycanın nümunəsindən çıxış edərək, 29 oktyabr tarixindən etibarən Ermənistan gündəlik itki siyahılarınıı dərc etməyi dayandırdı. Hər iki tərəfdəki insan itkiləri əhəmiyyətli olaraq qalır.

O yekunda xüsusi olaraq bildirir ki, Qarabağ uğrunda döyüşlər davam edir, lakin magistral yollar üzərində gedən döyüşlərdə dönüş nöqtəsindən sonra Azərbaycanın üstünlüyü daha da artmağa başlayıb.  /Konkret.az

Həmçinin oxuyun

“Ümid edirik ki, vaksin tezliklə hazır olacaq” – Prezident

COVID-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini …