Ana səhifə / Siyasət / Azərbaycanlılar İstanbulda qalıb – AZAL ikinci təyyarəni göndərir

Azərbaycanlılar İstanbulda qalıb – AZAL ikinci təyyarəni göndərir

“Azərbaycan Hava Yolları” QSC İstanbulda qalan azərbaycanlı sərnişinləri Vətənə gətirmək üçün ikinci təyyarəni göndərməyə hazırlaşır.

“ Azinforum.az ” xəbər verir ki, bu barədə Azərtac-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib. O bildirib ki, Türkiyədə baş verən hadisə ilə əlaqədar ləğv olunan aviareyslərə görə İstanbulda qalan sərnişləri Bakıya gətirmək üçün növbəti təyyarə göndərilir.

P.Kəsəmənski qeyd edib ki, bundan əvvəl bir iri tutumlu təyyarə göndərilib və bu, bütün sərnişinləri Bakıya gətirmək üçün kifayət etməyib. AZAL azərbaycanlı sərnişinlərin bir gecə daha İstanbul aeroportunda qalmamaları üçün ikinci təyyarə göndərəcək.

Həmçinin oxuyun

Sabiq nazirdən barəsindəki iddiaya reaksiya: “İndi seçki yoxdur ki, mənim də fikrim ya ola, ya da…”

Bu gün ölkə KİV-ləri sabiq nazirlərdən bəzilərinin Milli Məclisə növbəti seçkilərdə deputatlığa namizəd olacaqları barədə …

Bir cavab yazın