Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Azərbaycanlı tələbələr Kiprdə Respublika Bayramını qeyd ediblər – FOTOLAR

Azərbaycanlı tələbələr Kiprdə Respublika Bayramını qeyd ediblər – FOTOLAR

Şimali Kipr Türk Respublikasında təhsil alan azərbaycalı tələbələr tərəfindən 28 May Respublika Bayramı ilə bağlı tədbir təşkil olunub.

Mia.az-a verilən məlumata görə, Kıbrıs Ulslararası Universitetində baş tutan bayram tədbirində həmin təhsil ocağının müəllimləri və Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin (AKDC) üzvləri və xarici ölkələrdən Şimali Kipr Türk Respublikasında təhsil almağa gələn çoxsaylı tələbələr qatılıblar.

Tədbiri giriş sözü ilə açan Kıbrıs Uluslararası Universitetinin Prorektoru, professor Əhməd Adalıər iki qardaş ölkə arasında dərin mənəvi bağlar olduğuna diqqət çəkib. Şimali Kipr Türk Respublikasında təhsil alan tələbələrin qardaş ölkədə rahat təhsil ala bildiyini qeyd edib.

Bu baxımdan universitetimizdə təhsil alan azərbaycanlı tələbələr həm yaxşı təhsil alır, həm də ictimai işlərdə fəal iştirak edirlər.

Professor çıxışının sonunda Kıbrıs Beynəlxalq Universitetinin akademik mühitində uğurlu və vətənpərvər tələbələr kimi tanınan azərbaycanlıların bu bayramını ürəkdən təbrik edib. Hər zaman Azerbaycanı doğma və qardaş ölkə kimi qəbul etdiklərini dilə gətirən Adalıər gələcəkdə KBU ilə Azərbaycan universitetləri arasında əməkdaşlığa da xüsusi maraqla yanaşacaqlarını bildirib.

Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin Sədri Orxan Həsənoğlu əvvəlcə tədbir iştirakçılarını salamlayaraq bu tədbirin təşkilinə şərait yaradan universitet rəhbərliyinə minnətdarlığını bildirib.

Natiq çıxışında son illər Azərbaycanın beynəlxalq aləmdə uğurlar əldə etdiyini, ölkə başçısı Cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hər gün biraz daha tanındığını bildirib. O diaspora sahəsində görülən ciddi çalışmaların artıq bəhrə verdiyini, Azərbaycanın beynəlxalq həcmli layihələrə ev sahibliyi etdiyini bildirib.

Kıbrıs-Azərbaycan arasında diplomatik münasibətlərin olmamasının Dağlıq Qarabağ problemi ilə birbaşa əlaqəsi olduğunu bildirən diaspora sədri, buna baxmayaraq Kıbrısda təhsil alan azərbaycanlılara daima Azərbaycanın Ankara səfirliyi Təhsil Müşavirliyinin qayğı gösdərdiyini və onlarla daim maraqlandığını bildirib:

“Tələbələrimiz burada ölkəmizi təmsil edir. Bu baxımdan istər təhsil sahəsində, istərsə də məişət davranışlarınada buna xüsusi diqqət yetirməlidirlər. Sizi buraya göndərən valideyinlər və ölkəmiz bir an öncə uğurlu nəticələrlə məzun olmanızı gözləyirlər. İnanıram ki, bu yolda onların ümidlərini doğruldacaqsınız”.

Daha sonra tədbir bu təhsil ocağında təhsil alan tələbələrin müxtəlif musiqi nömrələri davam etdirilib. Tələbələrin timsalında milli mahnılarımızın ifası və müxtəlif milli rəqslərimizin nümayişi tədbir iştirakçıları tərəfindən çox maraqla qarşılanıb.

Sonda Kıbrıs Beynəlxalq Universiteti tərəfindən Azərbaycan-Kıbrıs Dostluk Cəmiyyətinə əməkdaşlıq sertifikatı təqdim olunub.

kibris

kibris-1

kibris-2

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın