Cümə , Oktyabr 30 2020
Ana səhifə / Siyasət / Azərbaycanlı sürücüləri təhqir edən gömrükçü işdən çıxarıldı

Azərbaycanlı sürücüləri təhqir edən gömrükçü işdən çıxarıldı

Xəbər verdiyimiz kimi, Dağıstanın rəhbəri Vladimir Vasilyev Rusiya-Azərbaycan sərhədindəki “Yaraq-Qazmalar” keçid məntəqəsində baş verən insidentin araşdırılmasını, təqsirkarların cəzalandırılmasını və gömrük keçid məntəqəsindən nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etməyi tapşırıb.

Xatırladaq ki, oktyabrın 31-də Rusiya-Azərbaycan sərhədində bir qrup sürücü etiraz aksiyası keçirib. Aksiya iştirakçıları iddia ediblər ki, Dağıstan gömrükçüləri onlardan rüşvət tələb edib. Bundan başqa, sürücülər gömrükçülərin onlara qarşı təhqiramiz ifadələr işlətdiyini də bildiriblər.

Aksiyada 200-dək dağıstanlı və azərbaycanlı sürücü iştirak edib. Onların sözlərinə görə, dağıstanlı gömrükçülərin yaratdığı bürokratik əngəllər səbəbindən ağırtonnajlı nəqliyyat vasitələrində olan yüklər xarab olur. Noyabrın 3-dən etibarən, yəni etiraz aksiyasından sonra maşınların buraxılışı nisbətən sürətlənib.

Yerli gömrük xidmətinin rəis müavini Hacımurad Şamxalov bildirib ki, dağıstanlı sürücüləri təhqir edən gömrükçü artıq işdən çıxarılıb.

Dağıstan rəhbərinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda əsas məqsəd yaranan gərginliyin aradan qaldırılmasıdır.

V. Vasilyev Dağıstan hökuməti sədrinin müavini Ramazan Cəfərova insidenti araşdırmağa və onu hesabat verməyi tapşırıb.(APA)

Həmçinin oxuyun

Novella Cəfəroğlu: “İki adam tutulanda az qalırdı, başımıza bomba yağdırsınlar, indi isə…”

Dünyanın neoimperialist siyasət yürüdən güclərinin beynəlxalq hüququ istəyəndə ayaqları altına aldığını, özlərinə lazım gələndə başlarına …