Ana səhifə / Siyasət / Azərbaycanlı qadından Hatipoğluna sual – “Saç rəngləmək olar?”

Azərbaycanlı qadından Hatipoğluna sual – “Saç rəngləmək olar?”

Türkiyənin İstanbul şəhərindəki Sultan Ahmet meydanında Ramazan günlərində hər axşam məşhur ilahiyyatçı Nihat Hatipoğlunun aparıcılığı ilə canlı yayımlanan iftar proqramında azərbaycanlı qadına da sual vermək imkanı yaradılıb.

“ Azinforum.az ” Musavat.com-a istinadən xəbər verir ki, onun verdiyi sual hər kəsi maraqlandırıb.

Azərbaycanlı bir qadın Nihat Hatipoğluna, “Məhərrəm ayında və Ramazanda saç kəsmək, boyamaq və toy etmək günahdırmı”-, sualını verib.

Bunun bir ənənə olduğunu və İslamda belə bir şey olmadığını söyləyən ilahiyyatçı “Bu bir ənənə ola bilər. Quran-i Kərimdə və sevimli peyğəmbərimizin hədislərində belə bir şey qeyd edilməyib”, – deyə qeyd edib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın