Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Azərbaycanlı nazirlər “Formula-1” şərəfinə qonaqlıqda

Azərbaycanlı nazirlər “Formula-1” şərəfinə qonaqlıqda

Məşhur italiyalı iş adamı, “Formula-1”də “Renault” şöbəsinin keçmiş rəhbəri Flavio Briatore “Twitter” mikrobloqunda Bakıda “Formula-1” qonaqları üçün təşkil edilmiş rəsmi qəbuldan video paylaşıb.

Virtualaz.org xəbər verir ki. videogörüntülərə əsasən demək olar ki, qəbul Bakının dəbdəbəli restoranlarından birində təşkil edilib. Xarici qonaqlardan savayı, burada azərbaycanlı nazirlər də iştirak edib.

Məsələn, masa arxasında oturmuş mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Formula-1”in keçmiş başçısı Berni Ekklstounla və digər qonaqlarla nəyisə aktiv şəkildə müzakirə edir.

Qonşu masanın arxasında isə xarici işlər naziri Elmar Məmmədyarov əyləşib.

Zalda isə canlı musiqi çalınır və italyanca mahnı oxunur.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın