Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Azərbaycanlı məmurlardan şok addım… – Villaları YUNESKO-nun sıyahısında

Azərbaycanlı məmurlardan şok addım… – Villaları YUNESKO-nun sıyahısında

Azərbaycanın yüksək vəzifədə çalışan bəzi məmurları tikdirdikləri villaları sığortalamağın yeni metodunu tapıblar.
Məmurlar (onların içərisində nazirlər, komitə sədrləri çoxluq təşkil edir) əzəmətli və ecazkar evlərinin əldən çıxma, sökülmə riskini nəzərə alaraq, fantaziyalarını işə salıb, hətta dünya səviyyəsində təəccüb doğuracaq addıma imza atıblar.
Modern.az saytının əldə etdiyi məlumatlara görə yüksək vəzifəlilər villalarının taleyini “işıqlı etmək”dən ötrü onları dünyanın ən məhşur tarixi-arxitektur abidələrin modellərində tikdiriblər.
Bununla da, məmurlar öz evlərini YUNESKO-nun maddi mədəniyyət nümunələri siyahısına salmağa cəhd edir və bəlkə də onları son sığınacaqları kimi əldə saxlamağa çalışırlar.
Məlumata görə, artıq YUNESKO-nun maddi irs siyahısına düşən villalar da var.

 

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın