Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Siyasət / Azərbaycanlı məcburi köçkünlərə dair qətnamə qəbul edilib – AŞPA-da

Azərbaycanlı məcburi köçkünlərə dair qətnamə qəbul edilib – AŞPA-da

Avropa Şurası Parlament Assambleyası (AŞPA) öz ölkəsində məcburi köçkün düşən şəxslərin ehtiyaclarına və humanitar hüquqlarına dair qətnamə qəbul edib.

“Report”un Qərbi Avropa bürosu məlumat verir ki, sənəddə Avropada 4 milyon insanın məcburi köçkün olduğu qeyd edilib.

Qətnaməyə əsasən, Avropadakı məcburi köçkünlərin 1,7 milyonu Azərbaycan, Gürcüstan və s. payına düşür.

Sənəddə 1994-cü ildən bəri davam edən Dağlıq Qarabağ münaqişəsinə görə narahatlıq ifadə olunur, məcburi köçkünlərə humanitar sahədə göstərilən dəstək alqışlanır. Eyni zamanda münaqişə tərəfləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin 2017-ci il dekabrın 7-də təklif etdiyi Azərbaycan və Ermənistan xalqları arasında əlaqələrin bərpasına çağrılır.

Qətnamədə vurğulanıb ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına müvafiq olaraq məcburi köçkünlərə məxsus məhv edilmiş, yararsız hala salınmış, yaxud köçkünlük həyatı səbəbindən istifadə edilə bilməmiş əmlakları ilə bağlı şəxsi və kollektiv müraciətlərə baxılmalıdır.

Sənədə azərbaycanlı deputatların təklifi ilə BMT-nin Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993) və 884 (1993), həmçinin 1416 (2005) nömrəli qətnamələrinin sözləri də daxil edilib.

Həmçinin oxuyun

“Moskva ona sadiq qalan Bakıya xəyanət etdi” – Şevçenko

Rusiya Sovet İttifaqına bütün ölkələrdən ən çox sadiq olan Azərbaycana 90-cı illərdə xəyanət etdi. Bunu …