Çərşənbə , İyul 17 2019
Ana səhifə / Siyasət / Azərbaycanlı idmançıya 200 qramlıq qızıl medal verdilər – Foto

Azərbaycanlı idmançıya 200 qramlıq qızıl medal verdilər – Foto

Azərbaycan güləşçisi Aleksandr Qostiyev Rusiyanın Kemerovo vilayətində keçirilmiş beynəlxalq turnirinin ən yaxşı əcnəbi idmançısı sayılıb.

“ Azinforum.az ” sportnet.az-a istinadən xəbər verir ki, 29 yaşlı pəhləvan 24 ölkədən 188 idmançının qatıldığı yarışda 86 kq çəki dərəcəsində qızıl medal qazanıb.

Ona 100 min rubl (2550 manat) pul, habelə, xüsusi mükafat olaraq, 700 min rubl (təqribən 18 min manat) dəyərində 585 əyarlı 200 qramlıq qızıl medal təqdim olunub.

Qeyd edək ki, turnirin açılışına Kemerovo qubernatoru Aman Tuleyev, üçqat olimpiya çempionu Aleksandr Karelin, ikiqat olimpiya çempionları Sergey Beloqlazov və Roman Vlasov, son olimpiya çempionu Soslan Ramonov Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili və Rusiya millisinin baş məşqçisi Cambolat Tedeyev qatılıb. Mükafat fondu 5 milyon rubl təşkil edib.

Azərbaycanlı idmançıya 200 qramlıq qızıl medal verdilər -  Foto

Həmçinin oxuyun

Rəsmi Bakını Latın Amerikası ölkələri ilə nə bağlayır? – Poluxovdan açıqlama

Rəsmi Bakı Latın Amerikası ölkələri ilə ikitərəfli münasibətlərin dərinləşməsi üzərində məqsədyönlü şəkildə işləyir. Bunu Oxu.Az-a açıqlamasında …

Bir cavab yazın