Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Azərbaycanlı ekstrasens öldürülən tələbənin cəsədini tapdı

Azərbaycanlı ekstrasens öldürülən tələbənin cəsədini tapdı

Qazaxıstanın paytaxtı Astanada itkin düşmüş 23 yaşlı tələbənin cəsədini xüsusi olaraq Azərbaycandan çağırılmış ekstrasens Kamran Səmədov tapıb.
Virtualaz.org xəbər verir ki, bu haqda qazax KİV-ləri yazır. Yerasıl adlı tələbə itkin düşəndən sonra polis onun axtarışına başlayıb. Azərbaycanlı ekstrasens isə onun öldürüldüyünü müəyyən edib.
“İtkin düşmüş şəxsin yaxınları mənə fevralın 9-da müraciət etdilər və ertəsi gün mən artıq Astanada idim. Valideyinlərinə dərhal dedim ki, mən Yerasılı sağ olaraq görmürəm.İzah etdim ki, onların oğlunun cəsədi haradasa soyuq yerdə, qarın altında, ya da zirzəmidədir. Həmin yeri xəritədə göstərdim və elə həmin axşam polislər gəncin cəsədini gösərdiyim yerdə tapdılar”-Kamran Səmədov bildirib.
Ekstrasens deyib ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının cəsədi bilərəkdən onun göstərdiyi yerdə axtardıqlarını, yaxud cəsədi əməliyyat-axtarış tədbirləri sayəsind tapdıqlarını bilmir. “Əgər valideyinləri mənə Yerasılın yoxa çıxdığı gün xəbər versəydilər ola bilsin onu sağ tapa bilərdilər. Onu döyüblər, dərhal öldürməyiblər”-Kamran Səmədov əlavə edib.
Ekstrasens cinayətin təfərrüatlarını danışmaqdan imtina edib, deyib ki, öz təhlükəsizliyindən qorxur. “Əgər hakimiyyət Yerasılın qatillərinin tapılmasında kömək üçün mənə müraciət etsə kömək etməyə hazıram. Ancaq əlavə heç nə deyə bilmərəm”-o bildirib.
Hüquq-mühafizə orqanları tələbənin qətlinə görə üç nəfər şübhəlinin saxlanıldığını bildirir. Kamran Səmədov Ukraynada və Rusiyada “Ekstrasenslərin döyüşü” yarışlarının qalibi olub.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın