Cümə axşamı , Oktyabr 21 2021
Ana səhifə / Siyasət / “Azərbaycanlı din xadimlərinin heç bir cavabının olmaması anlaşılan deyil…” – Deputat

“Azərbaycanlı din xadimlərinin heç bir cavabının olmaması anlaşılan deyil…” – Deputat

“İranın son günlər Azərbaycana qarşı yürütdüyü xoşagəlməz məkrli siyasət  hər birimizi vadar edir ki, öz sözümüzü deyək, mövqeyimizi ortaya qoyaq. Milli Məclisin deputatları, politoloqlar, siyasətçilər, ictimaiyyət nümayəndələri mütəmadi açıqlamalarla fikirlərini dilə gətirirlər. Lakin təəssüf edirəm, belə bir məqamda din xadimlərimiz bu mövzuda səslərini belə çıxarmırlar”.

Bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Tahir Rzayev deyib.

Tahir Rzayev din xadimlərinin dövlət əhəmiyyətli bu məsələdə laqeyd yanaşmasını anlamaqda çətinlik çəkdiyini vurğulayıb:

“Farslar və azərbaycanlılar olaraq biz hər ikimiz islamı dəyərlərə yiyələnmiş xalqıq, tarixi-dini əlaqələr bizi birləşdirir. Halbuki din qardaşlarımızın bizə qarşı yürütdüyü hazırkı siyasət qəbul edilməzdir. Biz belə siyasətin acılarını 30 il əvvəl də hiss edib, yaşamışdıq. Ancaq müəyyən münasibətlərə görə bunun kəskinləşdirilməsi, qarşıdurmaların yaranması önlənirdi. Ölkə başçısı İlham Əliyev qonşu dövlət kimi İrana müsbət münasibət bəsləyirdi. Əlindən gələni edirdi ki, regionda sabitlik və sülh olsun. İranın son addımları isə bu sabitliyi təhlükə altına alır.

Hər bir Azərbaycan vətəndaşının bu məqamda dövləti və dövlətçiliyi dəstəklədiyi aşkardır. Hesab edirəm ki, din xadimlərimiz də bir vətəndaş olaraq dövlətimizin haqlı mövqeyindən çıxış etməkdən çəkinməməlidirlər. Xüsusilə, İranda adi bir əyalət mollasının Azərbaycana qarşı fikirlərinin bu qədər gərginlik yaratdığı məqamda azərbaycanlı din xadimlərinin heç bir cavabının olmaması anlaşılan deyil. İslamı dəyərləri dindarlarımız daha yaxşı qiymətləndirə bilərlər və onların düşüncələrinin, bu məsələdə yanaşmasının əhəmiyyəti böyük ola bilər. İranın molla rejimi İslam adı ilə uzun illər bizə – müsəlmanlara düşmən olan, məscidlərimizi, dini ibadətgahlarımızı dağıdan, təhqir edən erməniləri dəstəkləyir. Bu siyasətə din xadimlərimizin səssiz qalması, İranın mürtəce siyasətini ifşa etməməsi, İslami dəyərləri fars rejiminə xatırlatmaması təqdiredilən mövqe olmamalıdır”. Modern.az

Həmçinin oxuyun

Əli İnsanovun da partiyası QEYDİYYATA ALINDI – AÇIQLAMA

Azərbaycanda daha bir partiya – Haqq Ədalət Partiyası (HƏP) dövlət qeydiyyatına alınıb.Bununla bağlı partiyanın sədri …