Çərşənbə axşamı , Avqust 3 2021
Ana səhifə / Siyasət / Azərbaycanlı deputat: Ermənilər mənə yazır ki…

Azərbaycanlı deputat: Ermənilər mənə yazır ki…

Son günlər Xankəndidən olan erməni seçicilərimizin bizə müraciəti çoxalıb. Şəxsən ofisimə çoxlu mesaj və məktublar daxil olur. Biz dəfələrlə qeyd etmişik ki, Qarabağda yaşayan emənilər, xüsusilə Xankəndidəki seçicilərimiz erməni əsilli Azərbaycan vətəndaşlarıdır. Biz bu yaxınlarda Votsap nömrəsini aktivləşdirdik və ora çoxlu sayda erməni seçiciləri müraciət edirlər.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə Xankəndini təmsil edən deputatı Tural Gəncəliyev deyib.

Tural Gəncəlliyev bildirib ki, Qarabağda yaşayan ermənilərin onlara müraciəti müxtəlif məsələlərlə bağlıdır. Onun sözlərinə görə, bir qrup erməni əsasən onların gələcəkdə Xankəndidə yaşayışının necə olacağı, Azərbaycan pasportunu necə ala biləcəklərinə dair müraciət edir:

“Bəzi qisim suallar isə onların mülkiyyət hüququnun necə olacağı, hazırda yaşadıqları yerdə necə qalıb yaşayacaqlarına dairdir. Biz də bu suallara Azərbaycan qanunlarına uyğun şəkildə cavab veririk. Görürük ki, son zamanlar bizə müraciətlərin sayında çoxalma var. Əslində bu, onu göstərir ki, yaranan reallığı başa düşür, Azərbaycanın suverenliyi çərçivəsində yaşayacaqlarını anlayır və indidən hüquqi, mülkiyyət, insani münasibətlərə dair suallar verirlər”.

Deputat vurğulayıb ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qarabağ iqtisadi rayonunun yaradılması, Xankəndi şəhərinin də məhz bu rayonun tərkibinə daxil edilməsinə dair tarixi fərman verib: “Hesab edirəm ki, Azərbaycanın suveren ərazisində bütün Azərbaycan vətəndaşları sülh və firavan şəkildə yaşayacaqlar. Xankəndinin deputatı olaraq Azərbaycan vətəndaşlarının suallarını və narahatlıqlarını anlayışla qarşılayram, hər birinə cavab verirəm. Həqiqətən də son zamanlar bizə müraciətlərin sayı artıb”.

Skayp, Zoom və digər müasir internet resursları üzərindən Xankəndidəki ermənilərlə birbaşa təmaslar qurub-qurmadığına dair məsələyə gəlincə, deputat belə təmasların olduğunu deyib:

“Birbaşa təmaslarımız sözsüz ki, var. Ancaq seçicilərimiz adlarının gizli qalmasının tərəfdarıdırlar. Çünki biz danışdığımız insanların adlarını açıqlasaq, bu, onların təhlükəsizliyinə dair problemlər yarada bilər”.

Deputat Xankəndidə doğulduğunu xatırladaraq bildirib ki, münaqişədən sonra orada olmayıb:

“Biz Xankəndi ilə bağlı paylaşımlar da edirik. Buna da normal yanaşmaq lazımdır. Biz Xankəndi daxil olmaqla bütün kənd və şəhərlərimizə dönəcəyik. Bütün bunlar əslində 10 noyabr üçtərəfli bəyanatda nəzərdə tutulub”.

Həmçinin oxuyun

Rusiyadakı diaspor təşkilatlarımız Jirinovskinin hədələrinə niyə reaksiya vermədi?

“Qorxu, xof səbəbindən, bir tikə çörək dalınca qaçmaları, qurduqları bizneslərinin dağılmaması və hədəfə tuş gəlməmək …