Bazar , Noyabr 17 2019
Ana səhifə / Siyasət / Azərbaycanlı biznesmendən nümunə addım – Cocuq Mərcanlıya 3 milyon ayırdı; dəstək gələcəkmi?

Azərbaycanlı biznesmendən nümunə addım – Cocuq Mərcanlıya 3 milyon ayırdı; dəstək gələcəkmi?

Qubad İbadoğlu: “Təkcə Rusiyada yaşayan azərbaycanlı iş adamları deyil, digərləri də bu prosesə qoşulmalıdır”
Tanınmış azərbaycanlı iş adamı, “Dünya Azərbaycanlıları İttifaqı”nın rəhbəri Füzuli Məmmədov prezident İlham Əliyevin sərəncamına dəstək olaraq, Cocuq Mərcanlının bərpasına 3 milyon manat vəsait ayırıb. Onun bu addımı ölkə daxilində rəğbətlə qarşılanıb.
Modern.az xəbər verir ki o, dünyada yaşayan iş adamlarını da eyni məsuliyyətlə prezidentimizə və hökumətimizə dəstək nümayiş etdirməyə çağırıb: “Çox ümid edirəm ki, Cocuq Mərcanlıdan sonra erməni işğalından azad olunacaq Xankəndinin, Xocalının, Şuşanın, Ağdamın, Laçının, Qubadlının və Azərbaycanın digər şəhər və kəndlərinin də bərpasında iştirak edəcəyik. Bu gün Azərbaycan hərbçiləri yüksək peşəkarlıq nümayiş etdirərək, vətənimizi etibarlı müdafiə edir və addım-addım onun işğal olunmuş torpaqlarını azad edirlər. Biz, bütün dünyada olan azərbaycanlı iş adamları öz növbəmizdə əsl vətənpərvərlik göstərməli və Azərbaycan hökümətinə bu ərazilərin bərpa olunmasında kömək etməliyik”.
F.Məmmədovun bu qərarından sonra digər azərbaycanlı biznesmenlərin ona dəstək verib-verməyəcəkləri müzakirə olunur. Çoxları hesab edir ki, bu qərardan sonra xaricdə yaşayan digər iş adamları artıq bundan ölçü götürüb, Azərbaycana öz dəstəklərini əsirgəməyəcəklər. Ölkə daxilindəki imkanlı şəxslərin də bu məsələyə dəstək vermələrinin vacibliyi vurğulanır.

Image result for Qubad İbadoğlu
ADR hərəkatının rəhbəri, iqtisadçı ekspert Qubad İbadoğlu dövlətin də Cocuq Mərcanlıya kifayət qədər vəsait ayırdığını söylədi: “Orada nəzərdə tutulub ki, 50 ev tikiləcək. Amma ”Qaçqınkom” sədrinin verdiyi məlumata görə, 198 ailə müraciət edib ki, onlar da Cocuq Mərcanlıya qayıtmaq istəyirlər. Bu halda dövlətin ayırdığı vəsait infrastruktur üçün kifayət edir, 50 evin tikintisinə çatır. Artıq evlərin tikintisinə ehtiyac yaranarsa, o zaman əlavə vəsaitlər lazım olacaq. Hesab edirəm ki, infrastrukturu qaydasında olan yerlərdə bu vəsait hesabına 50 ev də tikmək mümkündür. Ola bilər ki, orada məktəb tikintisi nəzərdə tutulsun, lakin əlavə obyektlərin tikintisinə ehtiyac yaransın. İstənilən halda vəsaitin qoyuluşunda xeyriyyəçilərin iştirakı alqışlanmalıdır. Mənə elə gəlir ki, bu, digər imkanlı şəxslər üçün də nümunə olmalıdır. Özlərinin malik olduqları imkanları bu istiqamətə də sərf etsinlər. Belə təşəbbüslərə dəstək vermək çox vacibdir. Siyasi cəhətdən deyil, maddi və maliyyə cəhətdən daha doğru addım olardı”.
İqtisadçı ekspert Rusiyada yaşayan azərbaycanlı bir biznesmenin bu cür addımının riskli olmadığını da söylədi: “Bu şəxs xeyriyyəçilik məqsədilə bu vəsaiti ayırıb. Bu vəsait insanların öz doğma torpaqlarında dinc yaşayışına sərf olunacaq. Onların sosial mənzil şəraitlərinin yaxşılaşdırılması üçün istifadə ediləcək. Bu baxımdan, vəsait istənilən tərəfdən anlaşılan məsələdir. Ona görə hansısa bir riskdən söhbət gedə bilməz. Təkcə Rusiyada yaşayan azərbaycanlı iş adamları deyil, ölkə daxilindəki imkanlı şəxslər də buna qoşulmalıdırlar. Əgər risklər olarsa, o zaman risklər paylaşılacaq. Bir adam deyil, beş adam arasında. Başqaları fikirləşməməlidirlər ki, bu yalnız bir nəfərin işidir. Görsünlər ki, bu proses kütləviləşib, bir deyil, bir neçə iş adamı vəsaitlər ayırır. O zaman təhlükələr də azalır. Kiminsə belə edib-etməyəcəyini demək çox çətindir. Çünki kiminsə adından danışa bilmərəm. Təkcə xaricdə deyil, daxildə də kifayət qədər varlı şəxslər var. Bunlar da öz vəsaitlərini leqallaşdırıb, bu istiqamətdə sərmayə qoymalıdırlar. Yəni cəmiyyətdə bir həmrəylik olmalıdır. İnsanların belə məsələlər yalnız bir-birilərinə dəstəyi ilə ifadə olunmamalıdır, sərmayə qoyuluşları da müşahidə edilməlidir. Şirkətlər də bu prosesə dəstək verməlidir. Onların arasında xarici də, yerli şirkətlər də ola bilər. Bu həmrəylik mühitinin olması imkan verər ki, gələcəkdə başqaları da buna qoşulsun”.

Həmçinin oxuyun

Dünya dini liderlərinin II Bakı Sammiti Azərbaycanın multietnik strukturunu vurğulayır – Tomas Qolts

Dünya dini liderlərinin II Bakı Sammiti Azərbaycanın multietnik strukturunu vurğulayır.Bunu Trend-ə amerikalı jurnalist Montana Universitetinin …

Bir cavab yazın