Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Azərbaycanlı biznesmen aeroportda saxlanıldı

Azərbaycanlı biznesmen aeroportda saxlanıldı

Rusiyanın Bryansk vilayətinin sakini olan azərbaycanlı iş adamı bu ölkədən Azərbaycana gəlmək istəyərkən aeroportda saxlanılıb.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, adı açıqlanmayan Azərbaycan vətəndaşı bir neçə şəxsə iri məbləğdə – 1,3 milyon rubl pul borclu olub.

Həmin şəxs borcunu ödəmədiyi üçün Bryansk və Jiryatinsk məhkəmələri tərəfindən ona qarşı cinayət işi başlanıb. İş adamı 2015-ci ilədək borclarını hissə-hissə ödəyib. Lakin daha sonra bunu dayandırıb və məhkəmə çağırışlarına da getməkdən imtina edib. Məhkəmə isə məcburetmə qətimkan tədbiri kimi onun Rusiya ərazisindən kənara çıxmasına qadağa qoyub.

2015-ci ilin mayında Azərbaycana gəlmək istəyən biznesmen bunun mümkün olmadığını öyrənib və borcunu son qəpiyinədək ödəmək qərarına gəlib. O, qalan borcunu – 264 min rubl vəsaiti, üstəlik 94 min rubl da məhkəmə xərclərini və cəriməni ödəyib. Lakin Rusiya ərazisini yenə də tərk edə bilməyib. O, aeroportda saxlanıb. Səbəb iş adamının borclarını vaxtında deyil, uçuşa bir gün qabaq ödəməsi olub. Bu da qanun pozuntusu sayılır.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın