Ana səhifə / Siyasət / “Azərbaycanla tək ürək olmağa davam edəcəyik” – Hulusi Akar

“Azərbaycanla tək ürək olmağa davam edəcəyik” – Hulusi Akar

Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Mavi vətən 21” hərbi dəniz təlimlərini izləyib.

Yüksək rütbəli hərbçilərlə birlikdə mərasimə qatılan nazir tədbirdən sonra mətbuata bir sıra aktual məsələlər barədə açıqlamalar verib.

Belə ki, H.Akar Yunanıstan, Misir kimi ölkələrlə yanaşı, Azərbaycanla münasibətlərə də toxunub.

“Bir millət, iki dövlət olduğumuz Azərbaycanla tək ürək olmağa və bütün imkanlarımızla yanında dayanmağa davam edəcəyik”, – müdafiə naziri bəyan edib.

Həmçinin oxuyun

Təbriz Musayev: “Kreml zaman-zaman miqrant amilindən siyasi təzyiq aləti kimi istifadə edib”

Rusiya Daxili İşlər Nazirliyi MDB-yə üzv ölkələrdən Rusiyada qanunsuz olaraq yaşayan vətəndaşların 15 iyuna qədər …