Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Siyasət / Azərbaycanla Rusiya arasında məsləhətləşmələr keçirilib

Azərbaycanla Rusiya arasında məsləhətləşmələr keçirilib

İyulun 4-də Moskva şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizi məsələlərinə dair ikitərəfli məsləhətləşmələr keçirilib.

APA-nın Moskva müxbirinin məlumatına görə, iclasda ölkəmizi Xarici İşlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Rusiya tərəfini Rusiya Federasiyası Prezidentinin MDB İştirakçı-Dövlətləri ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov təmsil edib.

Məsləhətləşmələr zamanı tərəflər arasında Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclasının gündəliyində duran məsələlərlə bağlı müzakirələr baş tutub və Xəzər dənizində düz çıxış xətlərinin müəyyən olunması metodikası haqqında Saziş layihəsində açıq qalan məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin, məsləhətləşmələr çərçivəsində xarici işlər nazirinin müavini X.Xələfov ilə Rusiya Federasiyasının Xarici İşlər nazirliyinin MDB ölkələri 4-cü Departamentinin direktoru Denis Qonçar arasında görüş keçirilib. Görüşdə Azərbaycan-Rusiya əməkdaşlığının strateji xarakter daşıdığı bildirilib, ikitərəfli əlaqələrin inkişaf etdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Həmçinin ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə edilib və əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Görüş zamanı qarşılıqlı maraq kəsb edən digər mövzular da tərəflər arasında müzakirə olunub.

Həmçinin oxuyun

“Birinci Qarabağ savaşında biz torpaq, Ermənistan isə müstəqilliyini itirdi”

Azərbaycan Birinci Qarabağ savaşında torpaq itirdi, işğala məruz qaldı, müvəqqəti məğlub duruma düşdü. Rusiyanın bütün …