Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Siyasət / Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqlənib

Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev və Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanatının təsdiq edilməsi barədə qanunu imzalayıb.

Eyni zamanda dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.

Hər iki sənəd 2018-ci il sentyabrın 1-də Soçi şəhərində imzalanıb./Trend/

Həmçinin oxuyun

“Putin əslində Rusiya üçün balansı nəzərdə tutur”

“Rusiyan Prezidenti Vladimir Pitin dünən Qarabağla bağlı açıqlama verib. Sayca bu, onun ikinci açıqlamasıdır. Ümumiyyətlə, …