Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Siyasət / Azərbaycanla Monqolustan arasında viza sazişi imzalandı

Azərbaycanla Monqolustan arasında viza sazişi imzalandı

Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Monqolustanın xarici işlər naziri Damdin Tsogtbatar ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər bir sıra ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən siyasi və iqtisadi əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə edib, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq əhəmiyyətli məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Görüş zamanı nazirlər “Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş” imzalayıblar.

Həmçinin oxuyun

Prezident Ramil Usubovu qəbul etdi – Foto

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 25-də Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə …