Cümə , Noyabr 27 2020
Ana səhifə / Siyasət / “Azərbaycanla İsrail yaxşı münasibətlərə malikdir” – Liberman
Foreign Minister Avigdor Liberman speaks during the Foreign Affairs and Security Committee meeting at the knesset discussing the operation 'Protective Edge,' on August 4, 2014. Photo by Flash 90

“Azərbaycanla İsrail yaxşı münasibətlərə malikdir” – Liberman

İsrail Dövlətinin müdafiə naziri Aviqdor Liberman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir: “Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan ilə İsrail bir çox sahələrdə etimad və qarşılıqlı anlaşmaya əsaslanan yaxşı münasibətlərə malikdir. Əlbəttə, müdafiə məsələləri ilə bağlı birgə işlərimiz möhkəm münasibətlərimizin önəmli hissəsini təşkil edir. Mən bu əlaqələrin daha da inkişaf etməsini və genişlənməsini arzu edirəm.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı bildirir, xoşbəxtlik, möhkəm cansağlığı və uğurlar arzu edirəm”.

Həmçinin oxuyun

Qələbə yürüşlərində Rusiya bayrağının səbəbi – Açıqlama

10 noyabr sənədinin imzalanmasından sonra rayonların işğaldan azad edilməsini bayram edənlərin  Bakı küçələrində Rusiya bayraqlarını …