Şənbə , İyun 19 2021
Ana səhifə / Siyasət / Azərbaycanla Ermənistan arasında növbəti əsir mübadiləsi

Azərbaycanla Ermənistan arasında növbəti əsir mübadiləsi

Azərbaycan və Ermənistan arasında Rusiya sülhməramlılarının vasitəçiliyi ilə növbəti dəfə hərbi əsirlərin mübadiləsi həyata keçirilib.

Bunu “İnterfaks”a Rusiya sülhməramlı qüvvələrinin rəhbəri general-leytenant Rüstəm Muradov bildirib.

Məlumata əsasən, Rusiya təyyarəsi ilə Bakıya bir nəfər hərbi əsir gətirilib, Yerevana isə beş nəfər qaytarılıb.

Muradov qeyd edib ki, Rusiya sülhməramlı qüvvələri bundan sonra da üçtərəfli sazişin icra olunması üçün vasitəçilik edəcək. Virtualaz.org

Həmçinin oxuyun

Ərdoğanın Bakıdakı mətbuat konfransının TAM MƏTNİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra Türkiyə jurnalistlərinin suallarıana cavab verib. Son günlərdə …