Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Siyasət / Azərbaycanla Ermənistan arasında ərazi mübasiləsi təşəbbüsləri

Azərbaycanla Ermənistan arasında ərazi mübasiləsi təşəbbüsləri

Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması variantı kimi zaman-zaman ərazilər mübadiləsi təklifi irəli sürülüb. Onlardan bəziləri rəsmən təsdiqini tapmayıb və mübahisə mövzüsü qalır.

Ermənistanlı jurnalist, ANİ Tədqiqat Mərkəzinin koordinatoru Tatul Hakobyan “Ermənistan 1999-cu il Meğri versiyasını rədd edib, 2001-ci ildə Key West-i danışıqların əsası kimi qəbul edib” başlıqlı məqaləsində belə ərazi mübadiləsi variantın bundan 100 il əvvəl də, bizim günlərimizdə də Qarabağ münaqişəsinin nizamlanması prosesində mütəmadi olaraq gündəmə gətirildiyini qeyd edir.

1918-20: Naxçıvan və Qars Artsax (Dağlıq Qarabağ) və Zəngəzur əvəzinə

İlk dəfə Ermənistanla Azərbaycan arasında ərazi mübahisəsini mübadilə yolu ilə həll etməyi britaniyalılar təklif edib. 1919-cu ildə onlar Ermənistanı Dağlıq Qarabağla Zəngəzuru verməyə razı salmağa çalışırdı. Əvəzində isə ingilislər Naxçıvan və Qarsın Ermənistana birləşdirilməsini vəd ediblər.

Britaniyalılar tək ərazi deyil, insanların da mübadiləsini təklif edirdilər. Onlar Ermənistana Qarabağdan imtina etməyi, bütün Qarabağ əhalisini Ararat vadisinə, Ararat vadisində yaşayanları isə, yəni azərbaycanlıları, Qarabağa köçürməyi vəd ediblər.

1919-cu ilin yazında Ermənistan Britaniya qoşunlarının köməyi ilə Naxçıvana və Qarsa daxil olur. Baş nazir Aleksandr Xatisyan hökuməti Naxçıvanı cəmi iki ay saxlaya bilir. Artıq iyulda “türk-tatar” (məqalədə azərbaycanlılar o zaman Rusiya imperiyasında qəbul olunduğu kimi “tatar” adlandırılır – BBC) hücumları nəticəsində erməni ordusunun Naxçıvanda yerləşən bir hissəsi darmadağın edilir, digər hissəsi geri çəkilib xilas ola bilir.

Qars 1920-ci ilin oktyabrında “atatürkçülər tərəfindən” işğal olunur. İngilislərin fəal iştirakı ilə Qarabağ da Azərbaycanın “tərkibində qalır”, – məqalədə deyilir.

Saxarovun təklifi

Britaniyalılardan sonra Qarabağ probleminin ərazi mübadiləsi yolu ilə həllini 1988-ci ilin dekabrında Nobel mükafatı laureatı Andrey Saxarov təklif edib.

Saxarov Sovet Azərbaycanı ilə Naxçıvan arasında quru yol əlaqəsinin yaradılması üçün Meğrini Azərbaycana verməyi təklif edib. Bunun əvəzində o, Dağlıq Qarabağ Muxtar Vilayətinin Sovet Ermənistanına birləşdirilməsi üçün, Azərbaycanın Laçın rayonunu tərk etməsini təklif edib.

Turgut Özalın ideyası

Turgut Özal Qarabağ münaqişəsinin ərazi mübadiləsi vasitəsilə nizamlanması ehtimalına prezident Ayaz Mütəllibovun münasibətini öyrənmək üçün 1991-ci ilin yazında öz müşaviri Cengiz Çandarı Azərbaycana ezam edib.

1992-ci ilin aprelində Özal bu variantı ABŞ prezidenti George Bush və dövlət katibi James Baker-ə təqdim edib. Müəllif Ağ Evdə, Oval Kabinetdə 1992-ci il aprelin 28-də Turgut Özal və dövlət katibi James Baker arasında söhbətin “məxfi yazısını” təqdim edir.

Türkiyə prezidenti deyir ki, Qarabağda əhalinin 80 faizi erməni, 20 faizi azərbaycanlılardı və Dağlıq Qarabağın Ermənistana ötürülməsi ehtimalını irəli sürür, əvəzində isə Ermənistanın “Azərbaycanı iki hissəyə bölən” ərazisi verilər. “Stalin burada aşağıda sərhədlər yaradıb. O, Azərbaycanı böldü ki, ermənilərə verib onların rəğbətini qazansın”, – Özal deyib.

Ermənistanın Azərbaycana verilməsi güman edilən Ermənistanın cənubunda, Özalın sözlərinə görə, 50 mindən artıq olmayan erməni əhali köçürülə bilər. “Əks təqdirdə bu müharibə heç vaxt qurtarmaz”, – o deyib.

Paul Goble proqramı

Eyni ərazilər mübadiləsi təkliflə 1992-ci ildə keçmiş ABŞ dövlət katibi Paul Goble da çıxış edib. O, Qarabağın bir hissəsinin Ermənistana, Bakını su ilə təchiz edən çayların başlanğıcı yerləşən ərazilərin azərbaycanlıların məskunlaşdığı yaşayış məntəqələri ilə bir yerdə Azərbaycana verilməsini təklif edirdi. Bundan başqa, Naxçıvanla Azərbaycanı biri-birindən ayıran ərazilərin Ermənistanın nəzarətindən çıxarılıb, Azərbaycanın tabeliyinə verilməsi təklif olunurdu.

Sonradan, 2000-ci ilin iyununda Goble iki səhvə yol verdiyini etiraf edib. O deyib ki, birincisi səhvi odur ki, əslində Dağlıq Qarabağdan Azərbaycana axan çayların böyük əhəmiyyət kəsb etmədiyini, ikinci səhvi ermənilər və Ermənistan üçün İranla sərhəd olmasının önəmliliyini nəzərə almamasıdır.

Levon Ter-Petrosyan nə deyirdi

2008-ci il fevralında Levon Ter-Petrosyan Azadlıq meydanında on minlərlə vətəndaş üçün “10 il gizli saxlanan” bir “Ermənistana qarşı ən böyük qəsd” kimi səciyyələndirdiyi sənəddən sitatlar gətirdi. Ter-Petrosyan Meğri ilə Qarabağın dəyişdirilməsi barədə bu sənəddən iki parça təqdim etdi.

“Keçmiş DQMV ərazisi, Şuşa və Laçın rayonları Ermənistana ötürülür, Meğri rayonu 1988-ci il sərhədləri daxilində – Azərbaycana. Dərhal saziş qüvvəyə minəndən sonra Meğri rayonu əhalisi və hazırda Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər rayonlarında məskunlaşan ermənilərin təhlükəsiz və könüllü Ermənistan ərazisinə köçürülməsi başlanır”.

Və ikinci sitat: “Ermənistanda bu qəsd iki adamın sayəsində baş tutmadı. Bu proqramın baş tutmasına yol verməyənlər – Karen Demirçyan və Vazgen Sarkisyan idi, və bunun qiyməti onların həyatı oldu”.

Robert Koçaryan “Meğrinin təhvil verilməsi variantı” haqqında

Levon Ter-Petrosyanın tənqidi cavabında Robert Koçaryan müsahibələrindən biri zamanı deyib: “Meğrini vermək – Paul Goble-ın təklifidir və müntəzəm olaraq gündəmə gətirilir. “Ərazilər mübadiləsi prinsipi” deyilən bu variant cəmi bir dəfə həmsədr ölkə nümayəndələrindən biri ilə müzakirə olunub. Cavab müsbət olsaydı, gələcəkdə o təkmilləşdirilib Minsk Qrupunun təklifi kimi təqdim olunardı. Bu, variant həm Azərbaycan, həm erməni tərəfindən qəbul olunmayıb. Bizim hakimiyyətimiz dövründə biz ərazilər mübadiləsi prinsinə etiraz etməyimizi onunla əsaslandırırdıq ki, İranla sərhədi itirə bilmərik. Ter-Petrosyanın başı üzərində yelləndirdiyi kağızı mən heç vaxt görməmişəm”.

Vazgen Sarkisyan Meğri haqqında

1999-cu il 27 oktyabr hadisəsi (Ermənistan parlamentində bir qrup silahlılar tərəfindən Milli Məclis sədri Karen Demirçyan, baş nazir Vazgen Sarkisyan və daha altı nəfər parlament və hökumət üzvləri öldürülüb – BBC) bu müzakirələr dövrünə təsadüf etdi. Hadisədən əvvəl, avqustda Sünik bölgəsinə səfəri zamanı baş nazir Vazgen Sarkisyan birmənalı Meğri üzərindən dəhliz təqdim etmək mövzusunda müzakirələrə qarşı çıxdı.

“Meğri coğrafi ərazi deyil, bir qarış vətən deyil. Və nə zaman ki, sən Meğrini yada verirsən, öz evinin qapısını öz üzünə örtürsən… Demişəm və deyirəm: Meğri hər şeydən önəmlidir… Və bu gün Meğrini lap dənizə çıxış yolu almaq müqabilində vermək – yalandır. Böyük, dünya miqyasında yalandır. Əvvəla, verməzlər, min bir yolu var verməməyin. Sübutu Qarabağdır ki, torpağı qələmlə almırlar… Mən xəbərdar edirəm – Meğri bir gün düz Yerevanın mərkəzində partlayacaq”, – Vazgen Sarkisyan deyib.

1999-cu il müzakirələri

Ərazilər mübadiləsi təklifləri və bununla əlaqədar məsələlərin istər erməni, istərsə Azərbaycan tərəfləri üçün qəbuledilməz olmasına baxmayaraq, danışıqların müxtəlif mərhələlərində müzakirə mövzusu olub, məqalədə belə deyilir.

Azərbaycan birbaşa Naxçıvanla əlaqə yaratmağa çalışırdı. Lakin bunun müqabilində “DQ və Laçın dəhlizi” məsələsində güzəştə hazır deyildi. Digər tərəfdən, “DQ və Laçını Ermənistanın tərkibində” görmək istəyirdi, lakin təhlükəsizlik və başqa səbəblərdən İranla ümumi sərhəddən məhrum olmağa hazır deyildi.

1999-cu ildə növbəti Koçaryan-Əliyev görüşü Ermənistan-Naxçıvan sərhədində, Sədərəkdə keçdi.

Görüşün sabahısı günü ABŞ vitse-prezidenti Albert Gore Koçaryana və Əliyevə məktubunda bildirirdi ki, prezidentlər bu mərhələdə öz işlərini ATƏT-in noyabr sammitinə gününədək bitirsələr, “bu nailiyyətə görə İstanbulda bütün ATƏT birliyinin dəstəyini qazanarlar” .

1999-cu il oktyabrın 20-də ABŞ dövlət katibinin müşaviri Stephen Sestanovich və Minsk Qrupunun həmsədri Carey Cavanaugh Yerevanda Robert Koçaryan, Vazgen Sarkisyan, Vardan Oskanyan və Serj Sarkisyanla görüşürlər. Sabahısı gün Sestanovich və Cavanaugh Qarabağ üzrə danışıqları Bakıda Heydər Əliyev, Tofiq Zülfüqarov və Əbiyevlə davam edirlər, Tatul Hakobyan yazır.

Bu görüşdən üç gün sonra xarici işlər naziri Zülfüqarov və Əliyev administrasiyasının yüksək rütbəli rəsmilərindən biri Eldar Namazov istefa verirlər. Daha əvvəl Əliyevin müşaviri Vəfa Quluzadə istefaya çıxmışdı.

ATƏT-in 1999-cu il noyabrında İstanbul sammitindən əvvəlki və sonrakı aylar Ermənistan, Azərbaycan və beynəlxalq mətbuatda danışıqlar zamanı Meğrinin Laçınla dəyişmək imkanlarının müzakirə olunduğu barədə xəbərlər yayılırdı: Meğri Azərbaycana verilir, Laçın Qarabağla bir yerdə – Ermənistana, Meğri üzərindən Ermənistana, Azərbaycan sərhədini keçmədən, İranla təmaslar üçün “suveren yol” verilir.

Key West

2000-2001-ci illərdə Robert Koçaryan və Heydər Əliyevin danışıqlar mövzusu yenə də Laçın dəhlizi məsələsi olub. Yerevan tələb edirdi ki, Laçın Dəhlizinin də Dağlıq Qarabağ kimi statusu olsun – Azərbaycan tərkibindən kənar. O zaman Əliyev təklif edir ki, Azərbaycana Naxçıvanla əlaqə üçün Laçına verilən statusu olan dəhliz təqdim olunsun, məqalədə deyilir.

Müəllif hesab edir ki, bu gün Robert Koçaryanı Meğri rayonunu quya Azərbaycana güzəşt etməyə hazır olmaqda nahaq günahlandırırlar. 1999, 2000 və 2001-ci illərdə Azərbaycana Meğri üzərindən yol/dəhliz təqdim etmək məsələsini müzakirə edib. Müzakirə zamanı erməni tərəfi İranla quru kommunikasiyasının təhlükə altında olması ilə bağlı narahat olduğunu bildirib.

Ermənistanın və İranın narahatlığını nəzərə alaraq, beynəlxalq vasitəçilər İranla Ermənistanın Araz çayı üzərindən iki quru yol nəzərdə tutan variant təklif ediblər. 1999-cu il müzakirələrinə yekun vuraraq, müəllif Ermənistanın Meğri versiyasını qəbul etmədiyini qeyd edir. 2001-ci ildə Key West-də yenidən dəhlizlər təqdim etmək yolu ilə Qarabağ münaqişəsinin nizamlanması imkanları müzakirə olunub. Bu dəfə Bakı etiraz edib.

Budur istorioqrafiyaya Meğri və ya ərazilər mübadiləsi adı ilə düşmüş Key West-in mahiyyəti və 1999-cu il təklifindən fərqi, təhlildə deyilir.

Həmçinin oxuyun

Eldəniz Səlimovun qaranlıq keçmişi: Xanbabayev onu necə yetişdirib?

Vəzifə borcunu yerinə yetirən polis əməkdaşına qarşı fiziki güc tətbiq edən sabiq deputat Eldəniz Səlimov …