Çərşənbə axşamı , İyun 15 2021
Ana səhifə / Siyasət / “Azərbaycanla birgə layihələri davam etdirəcəyik” – Qaribaşvili

“Azərbaycanla birgə layihələri davam etdirəcəyik” – Qaribaşvili

Gürcüstan və Azərbaycan birgə regional layihələr həyata keçirməyi davam etdirəcək.

Unikal.org xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili özünün “Facebook” səhifəsində Azərbaycana səfərinin nəticələri ilə bağlı şərhində yazıb.
Baş nazir qeyd edib: “Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə strateji tərəfdaşlıq və dostluq münasibətlərimizi müzakirə etdik. Bu görüşdə biz birgə səylərlə reallaşdırılan uğurlu regional layihələri xüsusi vurğuladıq”.

Ölkələrimizin birlikdə önəmli layihələr həyata keçirdiyini yazan İ.Qaribaşvili vurğulayıb: “Biz bunu davam etdirmək niyyətindəyik. Münasibətlərimizi daha da möhkəmləndirəcək birgə layihələr reallaşdıracağıq”.

Bundan əlavə, İrakli Qaribaşvili Bakıda səmimi qəbula görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.

Həmçinin oxuyun

Rəsmi Paris Azərbaycanın jestini alqışladı

ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa 15 erməninin Azərbaycan tərəfindən sərbəst buraxılmasını və Azərbaycanın Ağdam …