Çərşənbə axşamı , May 18 2021
Ana səhifə / Siyasət / Azərbaycanla Belarus arasında bu sənədlər imzalandı – SİYAHI

Azərbaycanla Belarus arasında bu sənədlər imzalandı – SİYAHI

Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.

 “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında baytarlıq sahəsində anlaşma və əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və Belarusun kənd təsərrüfatı və ərzaq naziri İvan İvanoviç Krupko imzaladılar.

“Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının “Milli Turizm Agentliyi” Dövlət qurumu arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Belarusun xarici işlər naziri Vladimir Makey imzaladılar.

“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Belarus Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq məsələlərinə dair Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Belarusun xarici işlər naziri Vladimir Makey imzaladılar.

Həmçinin oxuyun

Azərbaycan və Belarus arasında hərbi əməkdaşlığa dair plan imzalandı

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2021-ci il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb. Bu barədə …