Şənbə , Dekabr 3 2022
Ana səhifə / Siyasət / “Azərbaycanın yaxın tezlikdə Ermənistanla sülh sazişi bağlayacağına inanmıram”

“Azərbaycanın yaxın tezlikdə Ermənistanla sülh sazişi bağlayacağına inanmıram”

“İrəvan təməl prinsiplərinə əməl etməsə, sülh sazişi də mümkünsüz olacaq”.

Bunu Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın sülh müqaviləsinə nə vaxt və hansı şərtlərlə gələ biləcəyinə aydınlıq gətirirkən deyib: 

“Şərtlərdə yeni nəsə yoxdur. Sülh sazişinin bağlanması üçün qarşılıqlı şəkildə tərəflər bir-birinin ərazi bütövlüyü və suverenliyini tanımalıdırlar. Həmçinin, bir-birinin daxili işlərinə qarışmamalıdırlar. Bu kimi təməl prinsiplərinə əməl olunmasa sülh sazişi də mümkünsüz olacaq. 

İrəvan isə görüntü xatirinə danışmaqla sadəcə prosesi uzatmağa çalışır. Sözdə ərazi bütövlüyünü tanıdıqları barədə fikir səsləndirsələr də, əməldə buna qarşıdırlar. Davamlı olaraq da ziddiyyətli bəyanatlar verməklə məşğuldurlar. Onlara etibar yoxdur. Bu vəziyyətdə isə Azərbaycanın yaxın tezlikdə Ermənistanla sülh sazişi bağlayacağına inanmıram”.  

T.Zülfüqarov mövcud prosesin gedişinə əsasən cari il ərzində sülh müqaviləsinin bağlanması istiqamətində real addımların atılacağına inanmır: 

“Ermənistanın bu minvalla sülh sazişinə nə vaxt gedəcəyini söyləmək çətindir. Bu hal ən azından cari ildə baş verməyəcək. Münaqişə 30 ildir ki, baş verib. Bu müddət ərzində İrəvan yürütdüyü siyasəti dəyişməyib. 44 günlük müharibədə məğlubiyyətdən sonra da görürük ki, bir qədər şokdan özünə gəliblər. Ona görə də əvvəlki siyasətlərini davam etdirirlər”. 

Həmçinin oxuyun

“Ramiz Rövşən həmişə müxalifətdə olub, amma hökumət ona ev bağışlayıb…” – Deputat

“Əlisa Nicatı yaxşı tanıyıram. Bəli, təkəbbürlü, öz sözünü deyən adamdır. Bir yerdə on il işləmişik. …