Bazar ertəsi , Yanvar 30 2023
Ana səhifə / Siyasət / Azərbaycanın xarici işlər naziri Ermənistana xəbərdarlıq etdi

Azərbaycanın xarici işlər naziri Ermənistana xəbərdarlıq etdi

Ermənistanla sülh müqaviləsi, delimitasiya və kommunikasiyaların açılması bir-birindən ayrı proseslərdir.

Bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Moskvada danışıqların üçüncü raundunun keçirilməli olduğunu diqqətə çatdıran nazir əlavə edib: “Ermənistan bir gün əvvəl sülh müqaviləsi ilə bağlı öz təkliflərini açıqladı. Bir gün sonra Ermənistanın baş naziri Nikol Paşinyan dedi ki, bu təkliflə sülh müqaviləsini imzalamaq olar. Bu, ictimaiyyətə mesaj vermək xətrinə verilən açıqlamadır”.

Nazir deyib ki, bir çox hallarda Ermənistan rəhbərliyi daxili auditoriyaya hesablanmış açıqlamalar verir.

“Ermənistanın öz milli maraqları baxımından praqmatik addımlar ataraq öhdəliklərini yerinə yetirməsi, ilk növbədə, onun özünə faydalı olar. Biz Ermənistanın üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsinə səy göstərməyə davam edəcəyik”, – deyə nazir vurğulayıb.

Ceyhun Bayramov, həmçinin qeyd edib ki, Beynəlxalq Ədalət Məhkəməsində və Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycan tərəfinin Ermənistana qarşı şikayətləri üzrə tədbirlər görülür.

Həmçinin oxuyun

“Netanyahu səfirliyimizdə qətlə yetirilən şəhidimizin qisasını alır” – Deputat

“Gərək İsraildən xahiş edək ki, Təbrizi vurmasın! Bizə Təbriz abad şəkildə lazım olacaq”.Bu sözləri özünün …