Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / Siyasət / Azərbaycanın Xənkəndidəki adamı: O kimdir?

Azərbaycanın Xənkəndidəki adamı: O kimdir?

“Qarabağda danışa biləcəyimiz insanlar yalnız yerli əhali ola bilər. Cinayətkar separatçı rejim nümayəndələrinin, tutaq ki, Araik Arutyunyan, Vitali Balasanyan və digərlərinin onlara aidiyyəti yoxdur”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyib.

O, Azərbaycanın Qarabağ erməniləri ilə danışıqlarda eyni masa arxasına oturacağımız şəxs və şəxslərin kim olacağına dair fikirlərini bölüşüb.

Xatırladaq ki, Prezident İlham Əliyevin rusiyalı milyarder və qondarma rejimin “dövlət naziri” postuna yiyələnən Ruben Vardanyanla bağlı açıqlaması geniş müzakirəyə səbəb olub. Dövlət başçısı Moskvanın Vardanyanı açıq-aşkar bir gündəliklə Qarabağa göndərdiyini deyərək əlavə edib ki, bu şəxs əsla Azərbaycanla danışıqlarda iştirak etməyəcək.

İ.İsmayılın sözlərinə görə, yerli əhali rəsmi Bakı ilə danışıqlar üçün başqa bir nümayəndə seçə bilər:

“Yox, əgər seçməsələr belə, dövlət nəzarətimiz hansısa şəkildə bölgədə bərpa olunsa, onlarla söhbət edə bilərik. Yəni ola bilsin ki, qabaqcadan birbaşa təmas olmasa da, vasitəçi vasitəsilə, amma ATƏT-in Minsk qrupu yox, buna razı deyilik, uzaqbaşı Rusiya sülhməramlılarının iştirakı ilə Qarabağın erməni icmasının nümayəndələri ilə görüş keçirə bilərik”.

Ekspert təsdiqləyib ki, dövlət başçısının Ruben Vardanyanla bağlı dedikləri əsasən, Rusiyaya aid olan bir məsələdir:

“Bu, birbaşa Rusiyaya olan ismarış idi ki, sizin nə məqsəd güddüyünüzü, Vardanyanın hansı məqsədlə göndərildiyini bilirik. Bəli, Prezident açıq-aydın dedi ki, Vardanyan Moskvadan göndərilib və onun cibinə hansısa təlimatlar qoyulub. Elə ona görə Rusiya prezidenti Vladimir Putin İlham Əliyevə zəng vurdu. Hətta bu ərəfədə Rusiya Baş naziri Mixail Mişustin də Bakıya gəldi.

Görünür, Azərbaycan bununla hansısa təzyiqlərin qarşısını almaq istəyir. Hətta məncə, Azərbaycan separatçı rejimin, daha doğrusu, cinayətdə əli olmayan, qondarma parlamentin nümayəndəsi ilə də danışıqlar ola bilər. Amma Vardanyan ilə ünsiyyət Rusiya ilə danışmaq deməkdir. Rusiyaya bölgədə verilən mandat yalnız sülhməramlılıq və atəşkəsi qorumaqdır”.

Həmçinin oxuyun

Mirkazım Seyidov: “Lukaşenko Ermənistanın regiona kənar qüvvələri cəlb etməklə bağlı oynadığı oyunu açıq mətnlə ifşa edib”

Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki monitorinq missiyasının işini genişləndirməyə və vaxtını uzatmağa  ümid edir. Bunu parlamentdə …