Çərşənbə , Mart 29 2023
Ana səhifə / Siyasət / Azərbaycanın ŞƏT-də müşahidəçi statusunun alınması araşdırılır

Azərbaycanın ŞƏT-də müşahidəçi statusunun alınması araşdırılır

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlər Ermənistan və Azərbaycanın müşahidəçi statusu alması məsələsini fəal şəkildə öyrənirlər.

APA xəbər verir ki, bunu TASS-a müsahibəsində təşkilatın Baş katibi Çjan Minq deyib.

“Azərbaycan və Ermənistanın müşahidəçi statusu alması məsələsinə gəlincə, ŞƏT-ə üzv dövlətlər bunu fəal şəkildə öyrənirlər. Bu baxımdan mən şəxsən nikbinəm, baxmayaraq ki, hazırda dəqiq vaxt deyə bilmərəm”, – Baş katib əlavə edib.

Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlər, təbii ki, nəzərə alınmalı olan mühüm amildir: “Eyni zamanda, ŞƏT-ə üzv dövlətlər təşkilata ikitərəfli ziddiyyətlər gətirməməkdə yekdildir. Bu, həm də ŞƏT ailəsinə qoşulmaq iddiasında olan hər bir ölkənin yerinə yetirməli olduğu öhdəlikdir”.

Xatırladaq ki, 2001-ci ilin iyununda Şanxayda Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Tacikistan və Özbəkistan tərəfindən ŞƏT-in yaradılması haqqında bəyannamə imzalanıb. 2017-ci ildə Hindistan və Pakistan ŞƏT-in tamhüquqlu üzvü olub. Ermənistan və Azərbaycan dialoq üzrə tərəfdaş statusuna malikdir.

Həmçinin oxuyun

Təbriz Musayev: “Bu o deməkdir ki, formal parlament hakimiyyətindən bu gedişlə əsər-əlamət qalmayacaq”

Məlumata görə, Nikol Paşinyanın müxtəlif vaxtlarda tirajladığı konstitusiya dəyişiklikləri paketi ilə bağlı yeni proseslər gedir. …