Cümə , Oktyabr 7 2022
Ana səhifə / Siyasət / Azərbaycanın KTMT-yə qoşulması sualına Kremldən cavab

Azərbaycanın KTMT-yə qoşulması sualına Kremldən cavab

“Azərbaycan hansısa statusla KTMT-yə üzv olmaq üçün müraciət etməyib”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksandr Bikantov Azərbaycanın KTMT-yə müşahidəçi qismində qoşulma ehtimalının müzakirə edilib-edilməməsi ilə bağlı sualı cavablandırarkən deyib.
“Müxtəlif maraqlı ölkələrin təşkilatın fəaliyyətinə tərəfdaş və ya müşahidəçi kimi cəlb edilməsini nəzərdə tutan sənədlər qəbul edilib. Bu cür qərarlar konsensus əsasında qəbul olunur. Azərbaycan tərəfdən belə bir müraciət hələ təqdim edilməyib”, – nazirliyin rəsmisi vurğulayıb.

Həmçinin oxuyun

Kreml Azərbaycan və Ermənistana sülh üçün təkliflər verib – Zaxarova

Rusiya Azərbaycan və Ermənistana sülh müqaviləsinin bağlanması ilə bağlı “hərtərəfli təkliflərini” verib. Bu barədə Rusiya …