Cümə , Fevral 3 2023
Ana səhifə / Siyasət / Azərbaycanın İsrailə təyin olunan ilk səfiri KİMDİR – DOSYE

Azərbaycanın İsrailə təyin olunan ilk səfiri KİMDİR – DOSYE

Xəbər verdiyimiz kimi, Elm və təhsil nazirinin müavini Muxtar Məmmədov Azərbaycanın İsraildəki səfiri təyin edilib. 

Muxtar Məmmədov 1983-cü ildə Bakıda anadan olub.

O, Bakı Dövlət Universitetinin, Belçikanın Avropa Kollecinin, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur.  

M.Məmmədov 2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində çalışıb. 2009-2013-cü illərdə Azərbaycanın Belçikadakı səfirliyində fəaliyyət göstərib. 

2013-cü ildən etibarən Elm və Təhsil Nazirliyində çalışıb. Belə ki, M.Məmmədov Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri olub, bu idarənin aparatına rəhbərlik edib. 

Ötən ilin aprel ayından etibarən isə nazir müavini vəzifəsində çalışıb. 

Səfir Elm və təhsil sahəsində İsraillə innovativ əməkdaşlıq layihələrinə rəhbərlik edib. 

Muxtar Məmmədov rus, ingilis və türk dillərini mükəmməl bilir. 

Həmçinin oxuyun

ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycana gəlib

ABŞ Dövlət katibinin enerji resursları bürosunun köməkçisinin müavini Laura Lokman hökumət rəsmiləri ilə görüşlər keçirmək …