Ana səhifə / Siyasət / Azərbaycanın bu şəhərlərində mədrəsələr yaradılır

Azərbaycanın bu şəhərlərində mədrəsələr yaradılır

“Bakı şəhərində və Azərbaycanın bir sıra bölgələrində yeni mədrəsələr fəaliyyətə başlayacaq”.

Bunu “Report”a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

O bildirib ki, ölkə rəhbərliyi yeni mədrəsələrin açılması barədə tapşırıq verib: “Mədrəsələrin yaradılması prosesinə Qafqaz Müsəlmanları İdarəsi rəhbərlik edir. Ölkə rəhbərliyi bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göstəriş verib. Dövlət Komitəsi bu prosesdə iştirak edir. Azərbaycanda yeni mədrəsələrin açılması istiqamətində intensiv hazırlıq işləri görülür”.

S.Heydərovun sözlərinə görə, Bakıda “Heydər” məscidinin nəzdində, Gəncədə və Lənkəranda mədrəsələrin yaradılması nəzərdə tutulub. Komitə sədrinin müavini deyib ki, mədrəsə məzunları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidlərə imam və axund təyin olunacaqlar.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın