Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Siyasət / Azərbaycanın Avropa Birliyi ilə sazişini yubadan əsas səbəblərdən biri

Azərbaycanın Avropa Birliyi ilə sazişini yubadan əsas səbəblərdən biri

Noyabrın 24-də Brüsseldə Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramı üzrə sammitində 6 tərəfdaş ölkədən (Azərbaycan, Ukrayna, Gürcüstan, Belarus, Moldova, Ermənistan) daha biri-Ermənistan Avropa Birliyi ilə əməkdaşlıq sazişini imzaladı. Artıq cəmi iki ölkə-Azərbaycan və Belarus sözügedən sazişi hələ ki, imzalamayıb. 

Azərbaycanın bu sazişə qoşulmaqda tərəddüd etməsini ekspertlər bir sıra siyasi və iqtisadi səbəblərlə izah edirlər. Bir sıra ekspertlər isə bildirir ki, Azərbaycan sazişi imzalamağa hazır deyil. Əsas səbəblərdən birinin isə Azərbaycanın hələ ki, Ümumdünya Ticarət Təşkilatı (ÜTT) üzv olmamasıdır. Saziş imzalayan ölkə öncədən ÜTT-yə üzv olmalıdır. Ermənistan 2013-cü ildən ÜTT-yə üzv olub. Ekspertlər hesab edir ki, Azərbaycan hökuməti daxili bazarı qorumaq adı ilə ÜTT-yə qoşulmağı gecikdirir. Avropa Birliyi ilə ticarət anlaşmalarının genişlənməsi üçün ÜTT-yə üzvlük şərtlərdən biridir. Azərbaycan hələ ki, bu təşkilata da üzv olmayıb və əsas kimi daxili bazarın qorunması fikrini səsləndirir. Ancaq bu doğru yanaşma deyil. Azərbaycanda illərdir daxili bazarda onsuz da Avropa məhsulları hegemonluq edir. Bu gün elə sahələr var ki, 100 faiz xaricdən asılıdır. Kənd təsərrüfatı məhsullarına gəldikdə isə, onsuz da bu sahədə elə bir problem yoxdur. Çünki daxili bazarda yerli məhsul mövsümi olaraq çox olur. Hətta xaricə satdığımız məhsulların içində də kənd təsərrüfatı məhsulları üstünlük təşkil edir.

Image result for Sabiq maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov isə bu barədə danışarkən bildirdi ki,. Avropa Birliyi ilə imzalanacaq sənəd ikitərəfli münasibətləri müəyyənləşdirən hüquqi aktdır. Bu gün Azərbaycan hökuməti həmin Sazişi imzalamırsa, deməli buna onun kifayət qədər başqa əsasları var. Ümumdünya Ticarət Təşkilatına üzv olmaqla bağlı Azərbaycan hökuməti hələ 23 iyun 1997-ci il tarixdə bu quruma müraciət etmişdi. Bu illər ərzində Azərbaycanın ÜTT-yə üzv olması ilə bağlı çoxtərəfli danışıqlar davam etdirilir: “Azərbaycan üzrə ÜTT katibliyində yaradılmış İşçi Qrupun 2004-cü ildən başlayaraq ardıcıl olaraq toplantıları keçirilir. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı sonuncu, 13-cü iclas 22 iyul 2016-cı il tarixdə Cenevrə şəhərində keçirilib. Bu illər ərzində Azərbaycan ÜTT-yə üzv olması məqsədilə 21 dövlətlə ikitərəfli danışıqlar aparır. Danışıqlar zamanı Azərbaycanın mal və xidmətlər bazarına çıxışına dair məsələlər müzakirə olunur, xüsusi əhəmiyyət kəsb edən sahələrin qorunması ilə bağlı zəruri tədbirlər görülür. Danışıqlar prosesi bizi bu təşkilata nə qədər yaxınlaşdırsa da hesab edirəm ki, hələlik bu təşkilata tam hüquqlu üzv olmağın zamanı çatmayıb. Biz yalnız ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafını lazım ola biləcək səviyyəyə qədər inkişaf etdirdikdən sonra bu təşkilata üzv ola bilərik”.

Sabiq nazir hesab edir ki, real sektorun inkişafının indiki məsuliyyətli mərhələsində Azərbaycan hökumətinin ÜTT-yə üzvlüklə bağlı tutduğu mövqe tamamilə doğru bir mövqedir. Bu məsələdə tələsmək olmaz: “Azərbaycan iqtisadiyyatı neftlə bağlı olan bir ölkədir. Gürcüstan, Moldova, Ermənistan kimi ölkələrin ÜTT üzv olması tamamilə fərqli bir məsələdir. Bu məsələdə Azərbaycanın öz maraqları var.Belə bir təşkilata üzv olmaqda məqsədimiz onun imkanlarından maksimum bəhrələnməkdir. Ona görə də üzvlük yalnız ona tam hazır olacağımız zaman baş tuta bilər”. (Musavat.com)

Həmçinin oxuyun

Deputat: “Ermənistanda bədbəxtlik hələ bundan sonra başlayacaq”

Ermənistan KİV-lərində yayılan məlumatlarda bu ölkədə müharibə aparılan dövrdə kəskin bahalaşmanın yaranması öz əksini tapmaqdadır. …