Çərşənbə , Yanvar 19 2022
Ana səhifə / Siyasət / “Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının əleyhinə çıxmayacağıq” – Paşinyan

“Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının əleyhinə çıxmayacağıq” – Paşinyan

“Əgər regionun dinc inkişafına töhfə verəcəksə, Ermənistan Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının əleyhinə olmayacaq”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan TASS agentliyinin sualını cavablandırarkən deyib.

“Əgər görsək ki, bu addım regionun dinc inkişafı üçün era açacaq, təbii ki, buna qarşı olmayacağıq. Bir sıra məsələlər üzrə danışıqlarda yeni münaqişə mənbəyi yaratmaq məntiqsiz olardı”, – deyə Ermənistan baş naziri bildirib.

Qeyd edək ki, dekabrın 10-da Avrasiya İqtisadi İttifaqının fəxri sədri, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev bildirib ki, Azərbaycan qurumda müşahidəçi statusu ala bilər.

Həmçinin oxuyun

Parisi “yandıran” Azərbaycandır, yoxsa?…

Heç kimə sirr deyil ki, Azərbaycanın xarici siyasətində ölkəmizin maraqları üçün ən ziyanlı hadisələrdən biri …