Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Siyasət / Azərbaycanın Asiyaya doğru TAPİ qaz kəmərinə də qoşulmaq şansı var

Azərbaycanın Asiyaya doğru TAPİ qaz kəmərinə də qoşulmaq şansı var

İlham Şaban: “Asiya regionu üçün həmin coğrafiyaya yaxın ölkələrin qaz nəql etməsi daha sərfəlidir”
“… fors-mayor vəziyyətdə bu mümkün ola bilər”

Məlum olduğu kimi, təbii ehtiyatlarla zəngin olan Türkmənistan tamamilə fərqli bir marşrut üzrə öz ehtiyatlarını dünya bazarına çıxarmaq niyyətindədir. Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəməri layihəsinin adı TAPİ-dir.
Qeyd edək ki, artıq Qazaxıstan da bu layihəyə maraq göstərməyə başlayıb. Aşqabadda rəsmi səfərdə olan Qazaxıstan Prezidenti Nursultan Nazarbayev
türkmən həmkarı Qurbanqulu Berdıməhəmmədovla danışıqlar zamanı Türkmənistanı mühüm strateji tərəfdaş adlandırıb və TAPİ layihəsini dəstəklədiyini bildirib.
Türkmənistan-Qazaxıstan yüksək səviyyəli danışıqları zamanı yanacaq-energetika və nəqliyyat sektorları iqtisadi əməkdaşlığın ən perspektivli sahələri kimi qeyd olunub.
TAPİ qaz kəmərinin ümumi uzunluğu 1,735 kilometr, gücü isə 33 milyard kubmetrdir. Layihənin ilkin dəyəri 7.9 milyard dollardır. Layihə Rusiya və ABŞ tərəfindən dəstəklənir. Artıq Türkmənistan bu ildən boru kəmərinin tikintisinə başlayıb.
Avropa ilə münasibətlərin normal məcrada davam etməyəcəyi təqdirdə Azərbaycanın da öz qazını TAPİ vasitəsilə dünya bazarına, konkret Asiyaya çıxarması mümkündürmü?
Neft məsələləri üzrə ekspert İlham Şaban qəzetimizə açıqlamasında bildirdi ki, Türkmənistanın reallaşdırdığı layihəyə Azərbaycanın qoşulması hələ ki, gündəmdə deyil: “Nəzəri cəhətdən bu mümkündür. Çünki Türkmənistanla Azərbaycan həmsərhəd ölkə sayılır. Ancaq praktiki cəhətdən bu barədə konkret hansısa müzakirə aparılmayıb. Qazın satıcısı olan Azərbaycanla qazın alıcısı olan Hindistan, Pakistan arasında heç bir danışıq aparılmayıb. Bəziləri TAPİ-ni Rusiyaya qarşı hesab edirlər. Yox, bu belə deyil, çünki Türkmənistan öz sərvətlərini sərfəli qiymətə satmaq üçün bir çox istiqamətlər üzrə hərəkət edir. Onun Çinlə də böyük enerji layihəsi var. Bu səbəbdən də Türkmənistan özünü Çindən tam asılı salmaq istəmir. TAPİ Türkmənistanın özünü sığortaladığı alternativ bir variantdır.
Asiya regionu üçün həmin coğrafiyaya yaxın ölkələrin qaz nəql etməsi daha sərfəlidir. Bir daha xatırladıram ki, fors-major vəziyyətdə bu mümkün ola bilər. Hələlik bu barədə heç bir söhbət getmir”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın