Bazar ertəsi , Sentyabr 20 2021
Ana səhifə / Siyasət / “Azərbaycanın ərazi bütövlüyünü tanımadan mümkün olmayacaq” – Koçaryandan etiraf

“Azərbaycanın ərazi bütövlüyünü tanımadan mümkün olmayacaq” – Koçaryandan etiraf

Ermənistanın keçmiş prezidenti, iyun seçkisində Hayastan blokunun lideri olmuş Robert Koçaryan deyir ki, Yerasxdakı (1968-ci ilədək Arazdəyən – red) insidentlər yeni bir sənədin imzalanmasına hazırlıqdan xəbər verir.

Koçaryanın fikrincə söhbət çox ciddi təhlükələrə səbəb ola biləcək sülh sazişindən də gedə bilər: “Nəzərə alsaq ki, bizim xalqımızın əhəmiyyətli bir hissəsi oktyabr-noyabrda baş verənləri həzm edib, bəli, bu belə razılaşmaya hazırlıq ola bilər. Bu sənədin imzalanması Azərbaycanın ərazi bütövlüyünü tanımadan mümkün olmayacaq. Bu isə Qarabağın gələcəyi üzərindən xətt çəkilməsi deməkdir”.

Koçaryan Ermənistanda seçkisonrası vəziyyəti “Səddam Hüseynin İraqına xoş gəldiniz” kimi səciyyələndirib.

Həmçinin oxuyun

İlahiyyatçıdan Ərdəbil imamı Amuliyə sərt cavab

Ərdəbilin imam – cüməsi Həsən Amuli bir növü ölkəmizə qarşı təhdidedici ifadələr səsləndirib. Onun təhdidlərinə …