Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Siyasət / Azərbaycanı Paşinyanın ritorikasıyla hədələyən Balasanyan kimdir? – Politoloq

Azərbaycanı Paşinyanın ritorikasıyla hədələyən Balasanyan kimdir? – Politoloq

“Rusiya istəyir ki, Köçəryanı yenidən rəhbər gətirib öz çirkli oyunlarında istifadə eləsin”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. Onun fikrincə, Rusiya Prezidenti onu qəsdən şişirdir: “Yenə suyu bulandırmaq istəyirlər. Onlar adətən dövlət başçıları arasında olan Qarabağdakı hərbi və iqtisadi vəziyyəti, ikitərəfli münasibətləri müzakirə edib. Bu adamın haqqında hələ cinayyət işi var, canidir və proses başa çatmayıb. Sadəcə, Paşinyan məğlub və Rusiyadan asılı olduğu üçün bu cinayət işini təxirə salıblar. Putin onu şişirdir, istəyir ki, onu yenidən Ermənistana başçı qoysun. Köcəryan vurulmuş kartdır. Balasanyan kartını Qarabağda, onu isə Moskvada oynadırlar. Adətən Rusiya belə kadrları seçir. Biz də elə bir siyasət yürütməliyik ki, bunlar bizə təhlükə ola bilməsin”.
Zərdüşt Əlizadə “Qarabağ Təhlükəsizlik Şurasının” rəhbəri Vitali Balasanyanın Baş nazir Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatı tipində açıqlamalar verməsini, Azərbaycanı təhdid etməsinə də aydınlıq gətirib:
“Vitali Balasanyan müharibədən əvvəl bir kafedə yeməkpaylayan işləyib, başdanxarabın biridir. Ondan istifadə edirlər. Kimlər ki, xalqlar arasında nifaq salmaq istəyir onu olmayan, saxta bir qurumun başına rəhbər qoyub. Boş-boş, gic-gic danışır. Nə gücü, nə arxası, nə yaşayışı, nə də pulu var, alətdir. Moskvada da onun havadarları var, suyu bulandırmaq istəyirlər. Onun kimi dumbul boş adamlar Ermənistanda, Qarabağda da çoxdur. Bu sözü Ermənistanın Baş naziri deyib, Azərbaycan da ona dərsini verdi. Göstərdi ki, Qarabağ kimindir. Ondan 5 təltif aşağı olan biri indi onun sözünü səsləndirir”.
Politoloq qeyd edib ki, Ermənistanın bir çıxış yolu var:
“Ermənistan gerçəkliklə barışmalı, Azərbaycanın ərazi  bütövlüyünü tanımalı, Azərbaycan və Türkiyə ilə diplomatik münasibətlər qurmalı, öz sərsəm xülyalarından əl çəkməlidir. Əks halda bundan da betər vəziyyətə düşəcəklər”.

Həmçinin oxuyun

Moskva görüşünün tarixi açıqlandı

Yanvarın 30-da Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş …