Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Azərbaycandan sonra Türkiyəni hədəfə aldı

Azərbaycandan sonra Türkiyəni hədəfə aldı

Hindistan və Cənubi Kipr arasında müdafiə və hərbi əməkdaşlıq üzrə müqavilə imzalanıb.

Anlaşma Hindistan xarici işlər naziri Subramanyam Cayşanxarın Yunan Kiprinə səfəri zamanı əldə olunub.

Sənədin imzalanmasından sonra Cayşanxar və həmkarı Yannis Kasulidis birgə mətbuat konfransı keçirib.

Nazirlər həmçinin Cənubi Kiprin Beynəlxalq Günəş Alyansında (ISA) iştirakı ilə bağlı anlaşma imzalayıblar.

ISA qalıq yanacaqlardan asılılığı azaltmaq üçün Günəş enerjisinin səmərəli istehsalı və istehlakı sahəsində əməkdaşlığı təşviq etmək məqsədi daşıyır.

Digər tərəfdən, Cayşanxar Yunan Kiprinin daxili işlər naziri Nikos Nuris ilə nizamsız miqrasiya məsələsi ilə bağlı razılaşma üçün danışıqlara başlamaqdan ötrü niyyət protokolu imzalayıb.

Son iki ildə Hindistanın Azərbaycan və Türkiyə əleyhinə fəallığı diqqət çəkir. Hər fürsətdə BMT və digər beynəlxalq qurumlarda Azərbaycan əleyhinə açıqlamalar verən Hindistan Ermənistanla da hərbi anlaşma əldə edib. Bu anlaşma çərçivəsində Dehli qarşıdakı aylarda İrəvana satdığı silahları göndərməyi planlaşdırır. Teleqraf.com

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …