Ana səhifə / Siyasət / Azərbaycandan Həccə gedən ilk zəvvar qrupu Ümrə ziyarətini yerinə yetirib

Azərbaycandan Həccə gedən ilk zəvvar qrupu Ümrə ziyarətini yerinə yetirib

Azərbaycandan Həccə gedən ilk zəvvar qrupu bu gün səhərə yaxın Ümrə ziyarətini (Həccin ilk əməlini) yerinə yetiriblər.

Qafqaz Müsəlmanları İdarəsindən “Report”a verilən məlumata görə, zəvvarların vəziyyəti normaldır, heç bir problem yoxdur.

Məlumatda qeyd olunub ki, hazırda zəvvarların olduğu Məkkə şəhərində havanın temperaturu 38 dərəcədir.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedəcək. Zəvvarların son qrupu avqustun 26-da Səudiyyə Ərəbistanına gedəcək.
Həcc ziyarəti üçün ziyarət paketi 3850 dollardır.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın