Şənbə , Dekabr 5 2020
Ana səhifə / Siyasət / Azərbaycandakı seçkilərlə bağlı Qərbin qərəzli mövqeyini pislədi

Azərbaycandakı seçkilərlə bağlı Qərbin qərəzli mövqeyini pislədi

Qərbdən olan bəzi siyasi qüvvələr Azərbaycanda keçirilən seçkilərlə bağlı  hələ seçkilər keçirilməzdən qabaq  mənfi rəy ifadə ediblər.

Bunu  Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün jurnalistlər üçün keçirdiyi brifinqdə  bildirib.

O, qeyd edib ki, Azərbaycanda seçkiləri çoxlu sayda beynəlxalq müşahidəçi izləyib: “Bu faktdır. Onların hamısının öz fikrini ifadə etmək hüququ var. Lakin biz yaxşı başa düşürdük və deyirdik ki, Qərbdən olan bəzi siyasi qüvvələr Azərbaycanda keçirilən seçkilərlə bağlı  hələ seçkilərdən əvvəl mənfi rəy formalaşdırıb. Biz, seçkilərlə bağlı belə münasibəti, qərəzli və öncədən hazırlanmış yanaşmanı Qərbdəki qeyri-hökumət təşkilatlarının simasında təkcə Azərbaycana deyil, bir sıra ölkələrə münasibətdə də müşahidə edirik”.

Həmçinin oxuyun

İqtidarın siyasi dialoq təşəbbüslərinin praktiki nəticələri göz qabağındadır

Siyasətdə sağlam münasibətlərin dəstəklənməsi və dialoq mühitinin təşviqi məqsədilə Azərbaycan iqtidarı davamlı olaraq müxtəlif təşəbbüslərlə …