Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Azərbaycanda “zapravka”larda yeni sistem tətbiq ediləcək

Azərbaycanda “zapravka”larda yeni sistem tətbiq ediləcək

Azərbaycanda böyük yanacaqdoldurma məntəqələri kontaktsız ödənişlər qəbul edəcək. 

“ Azinforum.az ” xəbər verir ki, bunu Trend-ə maliyyə bazarındakı mənbə deyib.

Mənbə qeyd edib ki, hazırda YDM-lər bank kartları vasitəsilə ödəniş qəbul edən POS-terminallardan istifadə edirlər: “Lakin artıq alınmış yanacağa görə ödənişi kontaktsız kartlar vasitəsilə də həyata keçirmək mümkün olacaq. Burada söhbət “PayPass” kontaktsız ödəmələrdən gedir. Kontaktsız ödəmələrin YDM-lərdə tətbiqinin məqsədi nəğdsiz ödənişin dövriyyəsini, həmçinin istifadəçilərin rahatlığını artırmaqdır”.

Qeyd edək ki, kontaktsız ödəmə texnologiyalı bank kartları “Visa” və “MasterCard” beynəlxalq ödəmə sistemləri tərəfindən buraxılır.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın