Bazar ertəsi , Avqust 10 2020
Ana səhifə / Siyasət / Azərbaycanda yeni nazir müavini təyinatı – DOSYE

Azərbaycanda yeni nazir müavini təyinatı – DOSYE

Kənd Təsərrüfatı nazirinin birinci müavini İlham Quliyev vəzifəsindən azad edilib.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, müvafiq sərəncama əsasən, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Sarvan Cəfərov nazir müavini təyin olunub.

Qeyd edək ki, S.Cəfərov 1985-ci ilin oktyabrın 28-də anadan olub. 1992-2003-cü illərdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 178 saylı orta məktəbdə təhsil alıb. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr təhsilinə yiyələnib.

2009-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 3 saylı ərazi şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

2012-ci ilin noyabr 1-dən 2018-ci ilədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin köməkçisi vəzifəsində işləyib.

Azərbaycan dili ilə yanaşı rus və ingilis dillərini bilir.

Həmçinin oxuyun

“Deputatların bəziləri bu millətin qürurunu qırdı”

“Bəzi məmurlar bu millətin haqqını yeyəcək və hələ mən bundan qorxmalıyam?”. Bunu tanınmış ictimai xadim, …