Ana səhifə / Siyasət / Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğana səs verib

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğana səs verib

Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının səsverməsinin nəticələri açıqlanıb.
Ölkəmizdə yaşayan türkiyəli seçicilər “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib.

Azərbaycandakı səsvermənin nəticələri aşağıdakı kimi olub:

R.T.Ərdoğan – 49.42 faiz (3642 səs)

“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 41,92 faiz (2768 səs)

“Ata İttifaqı”nın namizədi Sinan Oğan 6,42 faiz (424 səs)

Məmləkət Partiyasının sədri Muharrem İncə, prezidentliyə namizədini geri götürmüş Muharrem İncə – 2,24 faiz (148)

Həmçinin oxuyun

Təbriz Musayev: “Bu, Kanada baş nazirinin sərgilədiyi həyasızlığın ən iyrənc nümunəsidir”

Kanadanın baş naziri Castin Trüdo katolikos I Aram ilə görüşüb və bu barədə Twitter mikrobloqunda …