Çərşənbə , İyul 6 2022
Ana səhifə / Siyasət / Azərbaycanda Turan adlı yeni Hərəkat yarandı

Azərbaycanda Turan adlı yeni Hərəkat yarandı

May ayının 17-sində bir neçə siyasi partiya rəhbəri və müstəqil mövqeli ziyalı toplanaraq Turan Hərəkatı adlı yeni siyasi təsisat yaratdıqlarını bəyan ediblər. Toplantı iştirakçılarının yekdil qərarı ilə Azərbaycan Xalq Hərəkatının sədri Ramiz Orucov yeni yaradılan Hərəkatın təşkilat komitəsinin sədri seçilib. Yeni Hərəkatda : Valeh İbadov, Rza Səfərsoy, Adil Abbasov, Sadıq Quliyev kimi siyasətçilər təmsil olunacaq.

Hərəkatın Təşkilat Komitəsinin sədri Ramiz Orucov Azinforum.az-a bildirdi ki, yaxın zamanlarda hərəkatın təsis qurultayı olacaq. Ona qədərki müddətdə TK Hərəkatın operativ idarəçikiyini təmin edəcək. Sədrin sözlərinə görə, Hərəkatın əsas məqsədi milliyyətçi cameəni öz ətrafında birləşdirmək olacaq.

Azinforum.az

Həmçinin oxuyun

“AMİP Cənubi Qafqaz regionunda BDİ nin önəmli tərəfdaşıdır” – Stefen Harper

Beynəlxalq Demorat İttifaqının sədri, Kanadanın 22-ci Baş Naziri Stefan C. Harperin Azərbaycan Milli İstiqlal Partiyasının  …