Cümə axşamı , May 26 2022
Ana səhifə / Siyasət / Azərbaycanda “siyasi mühacir işi” üzrə Ramin Hacılıdan başqa həbs edilənlər kimlərdir?

Azərbaycanda “siyasi mühacir işi” üzrə Ramin Hacılıdan başqa həbs edilənlər kimlərdir?

Azərbaycan Respublikasının ərazisini tərk edən vətəndaşların xarici ölkələrdə qanunsuz «siyasi sığınacaq» almalarının təşkil edilməsi faktları ilə əlaqədar Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlayan cinayət işi üzrə istintaq başa çatıb.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildib.

Baş Prokurorluğun ötən ilin iyul ayında yaydığı rəsmi məlumata görə, istintaqla müəyyən edilib ki, “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan Respublikasının vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.

Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Musavat.com bildirir ki, adı çəkilən şəxslərin cinayət işi ayrıca icraata verilib. “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Əziz Səfərəliyev və Akif Əsədov barəsində həbs qətimkan tədbiri seçilib. Onlar barəsində olan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə araşdırılacaq.

Onu da bildirək ki, “siyasi mühacir işi” üzrə həbs edilən “Yes Travel” MMC-nin rəhbəri Sərxan Abdullayev və Üzeyir Bağırlı isə ötən ay məhkəmənin qərarı ilə şərti cəza alaraq azadlığa buraxılıb.

Ramin Hacılı və digərlərinin cinayət işi üzrə məhkəmə araşdırması da yaxın günlərdə başlayacaq. Musavat.com

Həmçinin oxuyun

Fərid Qayıbov Azad Rəhimovun qaynını işdən çıxardı – FOTO

Bakı Su İdman Sarayının direktoru Elçin Həsənov işdən çıxarılıb. Fərid Qayıbovun əmri ilə onun yerinə …