Şənbə , Dekabr 5 2020
Ana səhifə / Siyasət / Azərbaycanda seçki prosesinə start verildi

Azərbaycanda seçki prosesinə start verildi

“Azərbaycan Konstitusiyasına əsasən, Prezident növbədənkənar prezident seçkiləri təyin etmək hüququna malikdir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nin bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, prezident bu hüququndan istifadə edərək növbədənkənar prezident seçkiləri təyin edib.

Qeyd edək ki, bu gün Mərkəzi Seçki Komissiyası Prezident İlham Əliyevin 2018-ci il aprelin 11-ə növbədənkənar prezident seçkilərinin təyin edilməsi haqqında sərəncamı ilə bağlı iclas keçirir. İclasda növbədənkənar prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı təsdiq edilib.

Daha sonra icalasda vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK-nın nəznində Ekspert Qrupu yaradılıb. Həmçinin MSK-nın nəznində işçi qrupu yaradılaraq rəhbərliyi təyin edilib.

Qeyd edək ki, fevralın 5-də Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.

***

Təqvim Planına görə seçkiqabağı təşviqatın aparılması- Səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Beləliklə təşviqat kampaniyası martın 19-da başlayacaq və aprelin 10-u səhər saat 10:00-da bitəcək.

 

 

Həmçinin oxuyun

“Qarabağı azad edən xalq nədən korrupsiyanın qarşısında aciz qalmalıdır ki…?”

Qarabağın azadlığı uğrunda 2783 şəhid verərək, Şuşa kimi əlçatmaz  qalanı igidlərimizin canı və qanı bahasına …