Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Siyasət / “Azərbaycanda rus dilinin tədrisi geniş təşkil edilməlidir” – Araz Əlizadə

“Azərbaycanda rus dilinin tədrisi geniş təşkil edilməlidir” – Araz Əlizadə

“Azərbaycanda rus dilinin tədrisinin ləğv edilməsi və ya məhdudlaşdırılması fikri tamamilə yanlışdır. Ölkədə rus dilinin tədrisi geniş təşkil edilməlidir”.

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.

O bildirib ki, Azərbaycanda rus dilinin tədrisinə heç kim qadağa qoya bilməz: “Rus dilinin tədrisinin geniş yayılması mənfi tendensiya deyil. Ümumiyyətlə, rus dilli məktəblərin sayının da 800 olması normaldır. Bunun qarşısını almaq lazım deyil. Əcnəbi dil bilmək hər halda faydalıdır. Sadəcə, tədrisinin keyfiyyətini artırmaq lazımdır”.

Həmçinin oxuyun

Rəsul Quliyevin Bakıya qayıdışı niyə baş tutmadı? – AÇIQLAMA

Milli Məclisin sabiq spikeri, Amerikada yaşayan siyasətçi Rəsul Quliyevin sosial şəbəkə paylaşımları son zamanlar haqqında …