Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Azərbaycanda rekord istilərlə bağlı açıqlama

Azərbaycanda rekord istilərlə bağlı açıqlama

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində qeydə alınan rekord istilərlə bağlı açıqlama yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Modern.az saytına bildirib ki, bu göstəricilər müxtəlif illərdə iyul-avqust aylarında qeydə alınıb: “Aparılan çoxillik müşahidələrə görə, Bakı və Abşeron yarımadasında yay aylarında ən yüksək temperatur göstəriciləri 2011-ci ilin iyul-avqust 42 dərəcə təşkil edib”.

Gülşad Məmmədova deyib ki, bölgələrdə ən isti yay Naxçıvan Muxtar Respublikasında qeydə alınıb: “Burada ən isti il 2000-ci ilin avqustunda olub. Həmin il Culfa və Ordubadda havanın hərarəti 46 dərəcəyə qədər yüksəlib”.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …

Bir cavab yazın