Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Siyasət / Azərbaycanda referendum məsələsi rəsmi müzakirəyə çıxarıla bilər

Azərbaycanda referendum məsələsi rəsmi müzakirəyə çıxarıla bilər

Milli Məclisin 2021-ci ildəki payız sessiyasında referendumla bağlı məsələ qaldırılması gözlənilir.

Bu barədə Modern.az-a deputat Tahir Kərimli məlumat verib. O xatırladıb ki, parlament növbədənkənar sessiyada olduğu üçün deputatlar indi tətilə hazırlaşırlar:

“Ona görə də hələlik referendum məsələsi gündəmdə deyil. Amma hesab edirəm ki, Azərbaycanda referenduma yaxın gələcəkdə, hətta payız sessiyasında ehtiyac var. Hər şeydən əvvəl proporsional seçki sisteminin tətbiqi məsələsi önə çıxarıla bilər”.

Tahir Kərimli ölkədə islahatların davam etdirilməsinə ehtiyac olduğunu vurğulayıb:

“Biz vitse-prezidentlik təsisatını qəbul etmişik. Amma vitse-prezidentliyin institutu olmalıdır, strukturları olmalıdır. Bu halda paralel şəkildə baş nazirlik və Nazirlər Kabineti institutlarına ehtiyac qalmır. Artıq qonşularımız İran və Türkiyənin simasında bəzi dövlətlər bundan imtina ediblər. Azərbaycanda icra hakimiyyətinin başçısı Prezident, hökumətin başçısı vitse-prezidentdirsə, Nazirlər Kabineti sadəcə ümumiləşdirmə və statistika ilə məşğul olur. Ona görə, yuxarıdan islahatlar həyata keçirilməli, belə paralel strukturlar aradan çıxarılmalıdır”.

 Qeyd edək ki, Azərbaycan Respublikasında proporsional seçki sistemi (səslərin ayrı-ayrı şəxslərə deyil, partiyalara verilməsi parlamentə partiya siyahısı ilə seçilmə) 2002-ci ildə ölkə  Konstitusiyasına əlavə və dəyişikliklər edilməsinə dair referendumun keçirilməsi nəticəsində ləğv olunub. Ondan əvvəl – 1995 və 2000-ci illərin parlament seçkiləri majoritar və proporsional seçki sistemi əsasında keçirilib. 

2005-ci ildəki seçkilər isə yalnız majoritar qaydada keçirilib və bu sistem hazırda da qüvvədədir.

Həmçinin oxuyun

Baydendən Qarabağla bağlı açıqlama

“Mən Qarabağ münaqişəsinə görə təhlükəsizlik sahəsində 2020-ci ildə yaranmış mürəkkəb çağırışları anlayıram”. Bu fikirləri ABŞ …